21 Noyabr 2024 - 21
1. Özünüz və peşəniz barədə məlumat verin.
Tural Həsənov. 1986-cı ildə İmişlidə anadan olmuşam. Hazırda informasiya agentliyində tərcüməçi-redaktor vəzifəsində çalışıram.
2. Bir jurnalist kimi Ərbəinin hansı yönlərindən daha çox yazıb, çatdırmaq istərdin?
Mən bir jurnalist kimi gördüklərimi lentə almaqla məşğul idim. Ordan çəkdiyim fotolarla Kərbəlada gördüklərimi ölkəmdəki insanlara çatdırmağa çalışdım. Qismən də olsa buna nail oldum. Ərbəində gördüklərimi yazmaqla bitməz. Və demək olar ki, hər anın öz kadrı var məndə. Hər dəfə baxanda göz yaşlarına hakim olmaq bir qədər çətin olur. Elə bu müsahibədə səmimi və məhrəm olduğu üçün adam belə rahat danışır.
3. Nəcəfdən Kərbəlaya qədər olan ab-havadan və keçirdiyiniz hislərdən danışın.
Həzrət Hüseynə (ə) bağlılıq uşaqlıq illərindən var. Yadıma gəlir böyüklərimzin yanına düşüb Məhərrəm məclislərinə gedərdim. Elə ozamandan arzum var idi Kərbəla şəhərinə ziyrətə gedim. Bu arzum Ərbəin ziyarətində reallaşdı. Nəcəf şəhərində iki gün qaldıq. Hərət Əli (ə) ziyarətgahında adam özünü sanki ata ocağında hiss edirdi. Mənim üçün xüsusi əhəmiyyətə malikdir Nəcəf ziyarəti və heç zaman xatirəmdən silinməyən izlər buraxdı həyatımda və ruhumda. Nəcəfdən ayırlıb piyada yola qoyularkən qrupu itirmişdik. Məcbur özümüz tək getdik. Birdə Kərbəla şəhərində qrupumuzla görüşüdük.
4. Səfər zamanı və ziyarətlərdə sizi ən çox cəlb edən nə oldu?
Bu piyada edilən yürüş öz əzəməti ilə düşmənləri qorxudur və Aşuranı yaddan çıxartdırmağa çalışan terrorçulara hər il bir daha yeni dərslər verir. Bu, elə əzəmətli gündür ki, dünyanın çox yerində olan Əhli-Beyti (ə) sevənlər bir yerə toplaşır və həmrəy olduqlarını dünyaya elan edirlər.
İraqın kasıb insanları, xüsusilə də kəndlərində yaşayan insanlar il boyu əziyyətlə yetişdirdikləri məhsullarını bu yürüşdə zəvvarlara xidmət etmək üçün gətirir və əllərindən gələni edirlər ki, zəvvarların rahatlıqlarını təmin edə bilsinlər.
Bu yürüş təkcə Əhli-Beyt (ə) davamçılarının deyil, bəşərin bütün xalis insanlarının yürüşüdür.
Bu, elə yürüşdür ki, burada müxtəlif millətlərin, irqlərin nümayəndələri həmrəy olur və aşiqcəsinə bu yolda birlikdə irəliləyirlər. Onlar İmamla (ə) bağlı fikirlərini bölüşür və çox sayda yeni məlumatlar əldə edirlər. Bu yürüşdə hər kəs öz fəzilətli sifətlərini göstərməyə çalışır, o cümlədən fədakarlıq edir, səbr nümayiş etdirir, bir-birinə yardım edirlər.
5. Son olaraq 1 cümlə ilə Ərbəini ifadə edin desələr nə cavab verərdiniz?
Bütün millətlərin, dinlərdən olan insanların, o cümlədən xristianların da iştirak etdiyi bu yürüş qlobal dəyişikliyin başlanğıcıdır.