21 Noyabr 2024 - 21
Aşura məktəbi məzlumiyyətdən yaranmır, qəhrəmanlıqdan yaranır. Kərbəla hadisəsi buna görə əbədi qalıb ki, orada məzlumiyyət yox, Allah yolunda qəhrəmanlıq var. Buna da ixlas deyirlər. Yəni əbədiyyəti ixlasına görədir.
Qurani-Kərim buyurur: "Hər nə Allahın yanında qalsa "baqi" qalar". Nəyi versən Allaha əbədiləşər. Nəyi bəxş etsən ki, Allahın yanında qalsın bu həmişəlik olur. Sədəqə də belədir. Bir nəfər ki, canını verir o can əbədiləşir. Allah yolunda canını bağışlayır o can, o məktəb əbədiləşir.
İmam Hüseynin (ə) qiyamının, İmam Hüseynin məktəbinin məzlumluq tərəfi də var. Məzlumluqla yanaşı bir mənəvi qəhrəmanlıq tərəfi də var. Yəni iki xasiyyəti birləşdirib özündə. Məzlumluq tərəfi insana kədər gətirir, qəm gətirir, ağlamaq gətirir. Mənəvi qəhrəmanlıq tərəfi isə insana dərs almaq gətirir, insana ülgü gətirir. İnsan bu məktəbin meyvəsini həmişə dərmək istəyir. İmam Hüseynin (ə) məktəbi "tuba" ağacıdır. Həmişə meyvələri hazırdır və bu meyvələrdən faydalanmaq olar.
Məhəmməd Baqir Saivər