21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Kərbəlada nəfslə cihad və səbr dərsi
12.06.2018

Önəmli nöqtələrdən, önəmli xüsusiyyətlərdən biri nəfs ilə cihaddır. Bizim Aşuradan öyrənməli, götürməli, ibrət almalı mühüm əxlaqi xüsusuiyyətlərdən biri budur ki, orada olan əzizlər özlərini tərbiyə etmişdilər. Özlərini yetişdirmişdilər. Özlərini qaydaya salmışdılar. Nəfsləri ilə cihad mərhələsini keçmişdilər. Və oradakı davranışlarına baxanda bu bariz şəkildə özünü göstərir. Müxtəlif səhnələrdə biz yenə də şahidi oluruq. Birinə toxunaq ki, dəyərli insanlardan biridir, döyüşə girmək istəyir. Gənc həyat yoldaşı gəlir deyir sən getmə. İmam Hüseyn də deyir ki, getməsən də olar. Amma bu özünü tərbiyə edib. Öz nəfsi ilə məşğul olub. Dünyanın məsələlərilə bağlı mövzularda öz nəfsini tərbiyə edib. Edə bilir, gücü çatır ki, bu mövzuda bu cür amillərlə hesab kitabını etməsin. Daha yuxarı amallarla öz hesab-kitabını etsin. Bu cür nümunələr fövqəl dərəcədə çoxdur. Nəfslə cihad bu çox ciddi məslələrdir.

Növbəti öyrənilməli məsələlərdən biri səbr və istiqamət. Səbrin növləri çoxdur. Haramın şirinliyindən imtina etmək səbr istəyir. İmtina edirsən, şirindir axı dəvət edir, adam onda səbr edə və getməyə. Əksinə Allaha itaətin ağırlığına, əziyyətinə səbr edə. Bunlar önəmli məsələlərdir. Ya müsibətlərlə üz-üzə gələndə səbr edə. Aşurada bu hadisə fövqəladədir. Səbr və istiqamət. İstiqamət budur ki, hardasansa hadisələr gəlir baş verir, amma sən elə harda idin ordasan və davam edirsən yolunu. Istiqamət yəni səbatlılıq, davamlılıq. Ən mühüm məsələlərdən, mövzulardan biri budur. İmam Hüseynin (ə) Aşurasından ən öyrənilməli və ciddi mövzulardan biri budur. Səbr və istiqamət sənə xoş gəlməyəndə Allaha itaət, xoş gəlməyən vəziyyətlər yaranacaq, amma sən davam edəcəksən. Səbatlılıq göstərəcəksən. İstiqamət göstərəcəksən. Bu fövqəlada önəmli və ciddi bir məsələdir.


İlqar İbrahimoğlu