03 Dekabr 2024 - 3
"Məhərrəmlikdə əzadarlıq edənlər bədənlərinə xəsarət yetirməsinlər və əzadarlıq edənlər müsəlmanlar arasında ikitirəlik yaradan işlərdən çəkinsinlər."
Bunu islam dünyasının tanınmış müctəhidlərindən olan Ayətullah Məkarim Şirazi deyib.
Ayətullah Məkarim Şirazi məhhərəm ayının gəlməsi ilə bağlı verdiyi bəyanatda müsəlmanalrı əzadarlıq edən zaman bədənə xəsarət yetirmək, şiə məzhəbini gözdən sala biləcək işlərdən uzaq durmaq, və müsəlmanlar arasında ixtilaf yaradan məsələlərdən çəkinməyə çağırıb.
“Məhərrəmlim əzadarlığı imamların razı qalacağı kimi keçirilməlidir. Kərbəla şəhidlərinin şənini və onların şəxsiyyəti ilə uzlaşmayan, onları gözdən salan yüngül işlərdən çəkinmək lazımdır.
Əzadarlıq zamanı müsəlmanlar arasında ixtilafa səbəb olacaq işlərdən uzaq durmaq lazımdır. Xüsusilə də, xəncərlə baş yarmaq, bədənə müxtəlif xəsarətlər yetirmək, digərlərinin müqəddəs bildiklərini alçaltmaq kimi işlər şiə dünyası üçün bir zərbədir və düşmənlər bundan sui-istifadə edə bilər.
İnterAz