21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Həyatım boyu yorğunluğundan həzz aldığım ikinci belə bir səfərim olmayıb
14.06.2018

1. Özünüz və peşəniz barədə məlumat verin.

İlqar Həsənli 1987-ci ildə Füzulidə dünyaya göz açmışam, ailəliyəm 1 övladım var. Hazırda satış meneceri işləyirəm. Dini inancıma sadiq yaşamağa çalışıram.


2. Son bir neçə ildə davamlı olaraq uzun məsafəni piyada getməklə İmam Hüseynə zəvvar olursunuz. Çölün tozu, isti, narahat yerdə yatmaq və sair yol çətinliklərini gördükdə nə hislər keçirdiniz? Heç olubmu bu maneələr sizi bir anlıq fikrinizdən daşındırsın?

Bəlkə də kim üçünsə qəribə gəlir, kim üçünsə normaldır. Həyatım boyu yorğunluğundan həzz aldığım ikinci belə bir səfərim olmayıb. Ziyarətə getməmişdən öncə bu müqəddəs yol haqqında təsəvvürüm tamam fərqli idi (yorğunluq, xəstəlik, sərt iqlim dəyişikliyi). Lakin səfər əsnasında bu yolun amal və məqsədinin nə dərəcədə ali olduğunu insan dərk edir. Bu hisslər qarşısında bütün bədənin yorğunluğu və yolun çətinliyi insanın gözündə kiçilir. Fiziki yorğunluğu mənəvi rahatlıq əvəz edir

Bunu xüsusi qeyd etmək istəyirəm ki, yolda peşmanlıq hissim olub. Lakin peşmanlığım yolun çətinliyinə görə deyil, bu ziyarətə daha əvvəl gəlmədiyim üçün olub.


3. Səfər zamanı və ziyarətlərdə sizi ən çox cəlb edən nə oldu? Başqa sözlə sizi heyrətləndirən hadisə oldumu?

Belə demək olarsa səfər özü lap əvvəldən axıra kimi heyrət dolu anlarla zəngin idi. İraqlılar gələn zəvvarlara müxtəlif xidmətlər göstərir və bu xidmətin müqabilini ancaq imamdan gözlədiklərini qeyd edirlər. Heç yorulmadan günün istənilən vaxtı (gecə, gündüz) zəvvarların xidmətində hazır idilər. Hava qaralanda zəvvarları evlərinə dəvət edir, onları yemək, içmək, yataqla təmin edirlər. Həm də bütün bunları heç bir maddiyyat güdmədən edirlər. Uşaqdan böyüyə hamı bunu böyük həvəslə və enerji ilə edirdi.


4. İlk dəfə gedəndə öncədən eşitdiklərinlə onra orada gördüklərində fərq varmı?

Əlbəttə çox böyük fərq gördüm. Fərqi təsəvvürümdən də möhtəşəm mənzərə ilə qarşılaşdığımda anladım.


5. Bəzən deyirlər həril nə var gedirsiniz? Ondansa imaknsıza yardım edin savabı çox olsun. Bu məsələyə münasibətinizi necədir?

Hər il getmək məsələsinə gəldikdə isə belə deyərdim - Əhli beyt (ə) bizim əzizimizdir. Təsəvvür edin siz əzizlərinizdən uzaq bir əyalətdə yaşayırsınız və ildə bir dəfə imkan edib onları görməyə gedirsiniz, bu iradlar əlbəttə məntiqi irad deyil. Həm də bu eşq səfəri imkanla bağlı olan məsələ deyil. Axrıncı səfərim zamanı mən bunun şahidi oldum. İmkanım olmadığı halda bu ziyarət mənə nəsib oldu. Məhz o zaman anladım ki, İmamın (ə) ziyarəti həqiqətən imkana bağlı məsələ deyil.


6. Kərbəla və Ərbəini 1 cümlə ilə izah et desələr. Bu hansı cümlə olar.

İlahi nura aparan yol..


Müsahibə üçün təşəkkürlər.