21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Aşura hadisəsinə səbəb olan Yezid idarəçiliyinin təhrifləri
22.06.2018

"Bizim hər nəyimiz varsa Mühərrəm və Aşuradandır"...

İslamın əvvəlində, ədalət və azadlığın təməlini atan son Peyğəmbərin (s) ölümündən sonra Bəni-Üməyyənin yaratdığı təhriflərin nəticəsi olaraq İslamın zalimlərin boğazında yuyulması və ədalətin fasiqlərin ayaqları altında yox olmasına az qalmışkən Seyyidüş Şühəda (ə) böyük "Aşura" hərəkatını başlatdı.

Yezidilərin zalim hökumətinin İslamın nurani çöhrəsi üzərinə qırmızı xətt çəkərək, İslamın böyük Peyğəmbəri (s) və ilk nəsil müsəlmanların təhəmmül edilməz zəhmətlərini və fədakar şəhidlərin qanını heçə endirməsinə az qalmışdır.

İslam məktəbi, keçmiş cahiliyyət dövrünün qalıqlarını, milliyətçiliyi və panərəbizmi dirçəltmək üçün qurulmuş planlar və "La xəbərun cae və la vəhyun nazel" ("Nə bir xəbər gəldi və nə bir vəhy nazil oldu") şüarları ilə məhv edilib yox edilərək, İslamın ədalət hökümətindən bir "şahənşahlıq" düzəldilməsinə beləcə də İslamı və vəhyi inzivaya çəkməyə bir şey qalmamışkən, heç kimin gözləmədiyi bir anda ilahi vəhy ilə bəslənib peyğəmbərlərin seyyidi Mühəmməd Mustafa (s) və vəlilərin ağası Əli Mürtəzanın (ə) evlərində tərbiyə görmüş olan, Siddiqəyi-Tahirənin (s.ə) qucağında böyüyən böyük bir şəxsiyyət qiyam edərək öz nümunəsiz fədakarlığı və ilahi hərəkatıyla böyük bir hadisəni meydana gətirdi.

"Leibət Həşimun bilmülki,

Fe la xəbərun cae və la vəhyun nazil"

(Bəni Həşim qəbiləsi səltənət ilə oynadı,

Belə isə nə bir xəbər gəldi, nə bir vəhy nazil oldu)

Yezid (Allahın lənəti üzərinə olsun) Əhli-Beyt qadınlarını Şamda yanına gətirdikləri zaman, çubuqla Əba Əbdillahın mübarək başındakı pak dişlərini vururdu və bu şeiri oxuyurdu. (Əllame Şerani "Dam əs-sucum fi tərcümət nəfsül məhmum", s. 252.)

Bəni Üməyyə İslamı ortadan qaldırmağı özünə məqsəd qoymuşdur.

Bəni Üməyyənin yozlaşmış rejimi İslamı tağuti bir diktatorluğa çevirməklə, bununla İslamın qurucusunun simasını təhrif edirdi. Çingiz İrana nə etdisə Müaviyə və sitəmkar oğlu Rəsulallahın (s) xəlifəsi adı altında gizlənərək İslama eynisini etdilər. Vəhy məktəbinin əsasını onlar şeytani bir rejimlə əvəzlədilər.

Həzrəti Seyyid-üş Şühəda (ə), Müaviyə və oğlunun (Allah lənət etsin!) İslam məktəbini məhvə sürüklədiklərini və İslamın əksini göstərməyə çalışdıqlarını gördü.

İslam insanı tərbiyə edib kamala çatdırmaq üçün gəlmişdir, var-dövlət yığmaq üçün gəlməmişdir. Bunlar, bu ata və oğul isə, eyniliklə bizim ata və oğul Rza xan və Mühəmməd Rza şah kimi İslamı əksindən göstərirdilər. Onlar şərab içirdilər və eyni zamanda camaat namazında imamlıq edirdilər. Onlar təşkil etdikləri pozğunluq məclislərində eyş-işrətlə məşğul olurdular, hər şey var idi o məclislərdə! Camaat isə onların ardınca gedirdi, çünki onlar imam idilər. Bu nə imam-camaatdır ki, şərab içir və qumar oynayır?! Onlar minbərə çıxırdılar və moizə söyləyirdilər. Minbərə çıxırdılar Rəsulallahın (s) xəlifəsi adıyla, halbuki onun əleyhinə qiyam etmişdilər. Şüarı "La ilahə illəllah" idi, amma tövhidə qarşı qiyam etmişdilər. Əməlləri, davranışları şeytanca, ancaq şüarları Rəsulallahın (s) şüarları idi.

Yezid iqtidar sahibli bir sultan idi. Onda diktatora xas olan bütün xüsusiyyətlər var idi və Müaviyədən sonra o təkbaşına hökmdarlıq edirdi.

Həzrəti Seyyidüş Şühəda (ə) hansı dəlil ilə "Allahın kölgəsi" olan əsrin sultanına qarşı getmişdir? Axı "Sultana əl vurmaq olmaz!". Amma o əsrinin sultanıyla qarşı-qarşıya gəldi! Əsrin sultanı kəlməyi-şəhadət gətirir və deyirdi ki, "Mən Peyğəmbərin xəlifəsiyəm". Halbuki o əslində qanunsuz yolla xilafətə yiyələnmişdir.

Əslində bu adam xalqı qarət və istismar etmək, onun malını isə özü və tərəfdarları arasında bölüştürmək istəyirdi.

Səltənət və vəliəhdlik (padişahlıq) batil və uğursuz bir hökumət tərzidir. Həzrəti Seyyid-üş Şühəda (ə) bu sistemə boyun əyməmək üçün qiyam etdi və şəhid oldu.

Yezidin vəliəhdliyi altına girməmək və onun səltənətini rəsmi olaraq tanımamaq üçün bunu etdi və bütün müsəlmanları qiyama çağırdı. Belə hökumətlər İslamdan deyildir. İslamın səltənət və vəliəhdliyi yoxdur.

Müaviyə və Yezidin İslam üzərində olan təhlükələri fəqət xəlifətin qəsb edilməsi deyildi. Bu hələ ən kiçik təhlükə idi. Onların əsas təhlükəsi İslamı bir monarxiyaya, nəsildən nəsilə keçən səltənətə çevirmək istəmələrində idi. Mənəviyyatı tağuti bir şəklə büründürmək istəyirdilər. Bunu da "Biz Allah Rəsulunun xəlifəsiyik", adı altında edirdilər və İslamı bir tağut rejiminə dönüşdürürdülər. Bunlar, o iki adamın, İslama vermək istədikləri və ya verdikləri zərərlər içində ən önəmlisi idi.

Öncəkilər o qədər zərər vermədilər. Onlar İslamın əsas təməllərini tərsinə çevirmək istəyirdilər. Məgər Allah Rəsulunun xəlifəsi məclisdə şərab içər və qumar oynayar? Məgər o monarx ola bilər? Amma yenə də Allah Rəsulunun bu "xəlifəsi" namaza gedir və camaat namazı qıldırır! Bu təhlükə İslam üçün böyük bir təhlükə idi. Və məhz bu təhlükəni Seyyid-üş Şühəda (ə) aradan qaldırdı. Seyyidüş Şühədanın qiyamı, tağut səltənətinə qarşı idi. Tağut səltənəti İslamı çevirmək istədikləri rəngə əgər çevirməyi bacara bilsəydi, İslam tamamilə başqa bir şey olardı. Bizdəki kimi 2500 illik səltənətinə bənzəyərdi. Hərçənd İslam gəlmişdi ki, səltənət rejimini ve buna oxşar rejimləri yox edib, dünyada ilahi bir hökuməti qursun. Tağutu yıxaraq, onun yerinə Allahı gətirsin. Eynilə cahiliyyət məsələləri və keçmiş məsələlər. Seyyidüş Şühədanın öldürülməsi məğlubiyyət deyildi. Çünki o qiyam Allah qiyamı idi və Allah qiyamında məğlubiyyət yoxdur.

Bəni-Üməyyə İslamın əslini yox edərək, bir ərəb dövləti qurmaq istəyirdi. Bu işlər ərəb, qeyri-ərəb, fars və digər müsəlmanların diqqətlərini cəlb etmələrinə səbəb oldu. Və onlar məsələnin ərəblər, qeyri-ərəblər, farslar və digər millətlər yox, Allah və İslam olduğunu anladılar.

Seyyidüş Şühəda (ə) əməvilərin İslam xilafəti altında gizlənərək, İslam məktəbinə zidd işlər törətdiklərini və zülm etdiklərini, bunun da dünyaya "Allah Rəsulunun xəlifəsi bu işləri edir", deyə yayımladığını gördü və bu zaman o lazım gələrsə ölməyi, ancaq Müaviyə və oğlunun fəsadlarını yox etməyi, özü üçün məqsəd bildi.

Həzrəti Seyyidüş Şühəda (ə) güclü və eyni zamanda islami olduğunu açıqlayan Yezidin zorbaçı hökuməti qarşısında az qüvvə ilə hərəkat etdi. Özü, yaxınları və qövmündən də onlarda var idi. Yezid hökumətinin islami olmasını iddia etməsinə, özünü isə Allah Resulunun xəlifəsi hesab etməsinə rəğmən, o məmləkətin qanunlarına haqqsız yerə müsəllət olmuş, zalim bir adam idi. Həzrəti Əba Əbdillah (ə) az miqdar insanla belə Yezidin qarşısında hərəkata keçib, qiyam etməyi, onu işdən kənarlaşdırmağı və nəhyi əz münkəri yerinə yetirməyi özünə vəzifə bilib.

Seyyidüş Şühəda (ə), zalim və zorba bir hökmdarın xalq içində hökm yürütdüyünü gördükdə, açıqca zalim bir hökmdarın xalq arasında hökümət edərək xalqa zülm etdiyini görən bir kimsənin, onun qarşısında adam və ya adamlarla hər nə qədər bacara bilirsə durmasını və o böyük ümumi ordunun əngəllənməsinin vacibliyini bəyan edir: "Hər kəs Allahın haram etdiklərini halal bilən, Allahın dinini pozan, Allahın bəndələrinə zülm edən zalim rəhbəri görüb, sözü və əməlləri ilə ona qarşı çıxmasa, Allah-Təala qiyamət günü onu həmin zalimin taleyinə düçar edəcəkdir."

Yezid zahiri hesab üzərindən baxıldıqda dindar bir adama bənzəyirdi. Özünü Peyğəmbərin (s) xəlifəsi hesab edir, namaz qılır və bizim etdiyimiz işlərin hamısını o da edirdi. Amma necə edirdi? Halbuki digər tərəfdən o üsyankar idi və Allah Rəsulunun sünnətinə müxaliflik edirdi. Allah Rəsulunun sünnətinə görə xalq ilə yaxşı rəftar edilməsi gərəkdir, o tərsinə əməl edirdi. Müsəlmanların qanının qorunması gərəkdir, müsəlmanların qanını tökürdü. Müsəlmanların malının hədər edilməməsi gərəkdir, o müsəlmanların malını hədər edirdi. Atası Müaviyədə bulunan idarə üsülunun eynisinə sahib idi. Nitekim Möminlərin əmiri (ə) onun qarşısında qiyam etdi. Ancaq Həzrəti Əlinin (ə) ordusu var idi, Seyyid-üş Şühəda (ə) isə çox az sayda adamla bir super gücün qarşısında idi.

İslamın çöhrəsinə bir zərərin verilmək istənildiyi gün, İslam böyüklərinin canlarını onun üçün verdikləri gündür. Müaviyə və oğlunun xilafətləri zamanında məsələ belə idi ki, onlar İslamın çöhrəsini çirkinləşdirdilər. Müsəlmanların xəlifəsi adıyla, Allah Rəsulunun xəlifəsi adıyla o cinayətləri törədirdilər. Məclisləri nə məclisləri idi! Belə şəraitdə İslam böyüklərinin müqqəddəs borcu onları vəziyyəti deyişmək üçün mücadilə aparmağa məcbur edirdi. Xəlifələrin İslamın çöhrəsini çirkin göstərmələri, xəbərsiz qafil kimsələrin İslam xəlifətinin Müaviyə və Yezidin sahib olduqları xəlifət olduğunu güman etmələrinə gətirib çıxara bilərdi. İslama təhlükəli olan da budur və buna görə də ölüm riski altında olsa belə, İslam uğrunda mücadilə aparmaq gərəkdir.

Ayətullah Xomeyni