03 Noyabr 2025 - 3
Nə üçün biz bu məclislərdə əza saxlayırıq? Matəm tuturuq? Bunun əsas mahiyyəti var. İldə bir gün Aşura olur. Gəlib adət şəklində sinə döyək, ağlayaq, iştirak edək və özümüzü, vicdanımızı aldadaq ki, bəli biz getdik bu işi etdik, paklandıq. İslam ideologiyasında, məntiqində belə bir şey yoxdur. Bir söz var, deyir: “Hər gün Aşura, hər yer Kərbəla”. Bu məclislərin mahiyyəti budur ki, bizlər çalışaq özümüzü İmam Hüseynə bənzədək. Öz həyat tərzimizi İmam Hüseynin həyat tərzinə oxşadaq. Hüseynçi olaq. Düşmən buna vaqifdir. Ona görə də İmam Hüseyn bayrağından qorxur. Ona görə məhdudiyyət qoyur. Amma bunu bacarmazlar. Kərbəla elə bir məktəbdir ki, bütün insani dəyərləri və bütün müsbət xüsusiyyətləri özündə cəmləyib. İllər ötür öz-özümüzə sual edək biz nə qədər Hüseynçi olmuşuq. Keçən il Aşuradan bu Aşuraya qədər İmam Hüseyni nə qədər dərk etmişik?! Mühüm məsələlərdən biri də budur. Aşura bizə ayıqlığı, bəsirəti öyrədir. İmam Hüseynə ayıq şəkildə ağlamaq lazımdır. Hüseyni tanıyıb sonra ağlamaq və əza saxlamaq lazımdır.
Rüfət Məmmədov
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto