21 Noyabr 2024 - 21
İmam Hüseynin əza məclisini təşkil etməyin və orada iştirak etməyin faydası bundan ibarətdir ki, insan çox sayda hesab və kitabı olmayan savabı əldə edər. Yəni bu təziyə ilə insan çox savablar əldə etmiş olar. Fərq etməz insan o əzadarlıqda söhbət edə, mərsiyə deyə, rövzə deyə, sinə vura, iştirak edə və ya ehsan verə. İnsan İmam Hüseynə aid olan əzadarlıqda hər nə etsə özünün boynuna düşən bir vəzifəni yerinə yetirmiş olur. Və böyük dərəcədə savab əldə edir.
Həzrət Səccad (ə) buyurur: "Hər bir mömin İmam Hüseynin Kərbəlada olan faciəsini yada sala, onun silahdaşlarını yada sala və gözündən yaş axa, Allah-təala ona cənnət qəsrlərində yer verər. Yəni İmam Səccadın hədisindən başa düşürük ki, cənnətə daxil olmağın açarlarından biri İmam Hüseynin məclisində iştirak edib o həzrətə göz yaşı tökməkdir. Çünki İmam Hüseyn (ə) hər şeyini Allaha görə fəda etdi. Və biz belə bir şəxsə dəyər versək, onun qəmli günündə qəmlənsək İmam Səccadın cümləsinə istinadən inşallah cənnət bizə nəsib olar və çoxlu savablar əldə etmiş olarıq.
Elçin Əliyev