15 Dekabr 2025 - 15
Mən Əlinin qızıyam, qorxu nədir bilməmişəm,
Ürəyə dağ basılıb, göz yaşımı silməmişəm.
Ey vuran qəmçiləri bircə dayan, sınsın əlin,
Sən Rüqəyyama toxunma, mən hələ ölməmişəm.
Yeddi qardaş dağını çəkdi Yezid sinəmizə,
Əynimə qarə geyib ağlamışam, gülməmişəm.
Mən Hüseynin bacısı, Abbasımın baş tacıyam,
Mən onlar tək ölərəm, beyət üçün gəlməmişəm.
Məni qorxutma ki, mən ki, ölümün aşiqiyəm,
Şamədək Kərbübəladən, hələ dincəlməmişəm.
Ürəyimdə nə qədər qəm çəkirəm, ya Zeynəb,
Şairin dərdi böyük, özgə ilə bölməmişəm..!
Əbil Əbilov
Kerbela.info
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto