21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Hüseyncan mən yoruldum, gəl ağa oxlandı gözlər
31.08.2021
Hüseyncan mən yoruldum, gəl ağa oxlandı gözlər,
Su cami əldə qızlar, ağlayır gəl məni səslər.
Ləbi ətşan Hüseynim,
Sənə qurban Hüseynim.
Gələydin əllərində,
Verəydim can Hüseynim.
Hüseyn gəl nə olar bu gözlər dolar
Səni istər bu qəlbim.
Bu Kufə əhli qardaş, heç zaman gəlməz nicatə.
Hüseynsiz hər kim olsa, lənət olsun bu həyatə.
Sənin bu həsrətin vaxtı gələndə çox darıxdım.
O gün ki, xeymədən gəldim Hüseyn, nəhri-fəratə.
Dedim qardaş gələydin,
Ürək dərdim biləydin,
Axır qan yaş gözümdən,
Gözüm yaşın siləydin.
Hüseyn gəl nə olar bu gözlər dolar
Səni istər bu qəlbim
Gələndə xeyməyə ox dəydi qardaş sağ gözümdən.
Gələrdim düşmənim çox, bağlanıb yollar kəsildi.
Sənin bu öpdüyün gözlər qan ağlır, ox dəyibdir.
Ağam gəl dörd İmamın öpdüyü qollar kəsildi.
Qalıb ağzımda məşqim,
Axır üzarə əşqim,
Yolunda qurbanam mən,
Tükənməz bax bu eşqim.
Cəlal Cəfəri
Kerbela.info