27 Aprel 2024 - 27 1445

27 Aprel 2024 - 27 1445

Hüseyn məzhəbi qeyrətlə, şərəf simvoludur
04.09.2021
Sən Xudayı Əhədin aşiqisən Hüseyn,
Bizlər isə sənə aşiq olan insanıq Hüseyn.
Sənin aşiqliyin heyrətdə qoyub ağlımızı,
Biz sənin eşqinə heyranıq Hüseyn.
Kərbəla faciəsin dərk eyləyən kəslər üçün,
Hüseyn məzhəbi qeyrətlə, şərəf simvoludur.
Ölümü ilə sübut etdi şəhidlər şahı,
Zülmə baş əyməmək Xudanın yoludur.
Məktəbi eşqinə salnamə yazıb qanı ilə,
Eşqi qeyrətlilərin qəlbinə mənsub oldu.
Elə bir zirvəyə yüksəldi mübarək adı,
Ki, ona zülm eyləyən özü məğlub oldu.
Yetirib şanlı Mübarizləri sevdayi-Hüseyn,
Vətəni uğrunda sarılmış bu vətən bayrağına.
O gün olsun ki, Hüseyn söyləyən əsgərlərimiz,
Daxil olsun əzəmətlə Qarabağ torpağına.
O, Hüseyn ibn Əli Kərbubəla sultanı,
Xeyməsi tay ola bilməz neçə yüz min qəsrə,
Elə bil sevgisi var aşiq üzərlərdə yaşar,
Ki, bərabərdir onun tarixi on dörd əsrə.
O, böyük şanlı Əbülfəzlə, xanım Zeynəblə,
Can verib islama can uğruna can verməklə,
İnqilab ətri ilə məst edib dünyanı,
Onu tənha gülüstanlara döndərməklə.
Valeh Lerikli

Kerbela.info