23 Noyabr 2024 - 23
Böyük şəhid, dəyərli mütəfəkkir, filosof və fəqih olan mərhum Hacı Şeyx Mürtəza Mütəhhəri şərəfli və dəyərli ömrünü müqəddəs İslam məqsədlərinə həsr edən, təhriflərə qarşı amansız mübarizə aparan bir şəxsiyyətin, islamşünaslıqda, İslam və Quranın müxtəlif sahələrində misilsiz bir alim idi.
Mən çox əziz bir övladımı əldən verib, matəminə oturmuşam. O mənim ömrümün bəhrəsi olan şəxsiyyətlərdən idi. Bu səmərəli övladın və həmişəyaşar alimin şəhidliyi ilə əziz İslamda elə bir boşluq yarandı ki, yerini heç bir şey doldura bilməz.
Mən sönməz şüası ilə ölülərə həyat bəxş edən və zülmətləri işıqlandıran belə övladlar yetişdirdiyinə görə ən böyük tərbiyəçi olan İslamı və müsəlman ümməti təbrik edirəm. Mən canımın bir parçası olan əziz övladımı əldən versəm də, fəxr edirəm ki, İslamda belə fədakar övladlar olub və var. Ruhunun paklığına, imanının güclülüyünə və nitqinin səlisliyinə görə misilsiz olan Mütəhhəri uca məqama yüksəldi. Lakin bədxahlar bilsinlər ki, Mütəhhərinin ölümü ilə onun islami, elmi və fəlsəfi şəxsiyyəti ölməyəcək. Terrorçular İslam adamlarının dini şəxsiyyətlərini terror edə bilməzlər. Əziz İslam öz əzizlərinin fədakarlığı ilə və onları fəda etməklə inkişaf etdi. Mütəhhəri İslama və elmə dəyərli xidmətlər göstərib. Təəssüflü haldır ki, xainlər bu səmərəli ağacı din hövzələrindən alıb, hamını onun dəyərli meyvələrindən məhrum etdilər. Mütəhhəri mənə əziz övlad, elm hövzələrinə möhkəm dayaq, xalq və ölkəyə səmərəli xidmətçi idi. Mən tələbələrə və dindar ziyalılara tövsiyə edirəm ki, bu əziz ustadın kitablarının unutdurulmasına imkan verməsinlər.
Vəhy dövründən indiyədək İslamın yolu cəsarətli şəhadət yolu olmuşdur. Allah və məzlumlar yolunda vuruşmaq İslam təlimlərinin başında durur: "Sizə nə olub ki, Allah yolunda və aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?"
Öz məğlubiyyət və ölümlərini bütün vücudları ilə dərk edən və bu qeyri-insani rəftarla intiqam almaq, yaxud xam xəyala düşüb Allah yolunun mücahidlərini qorxutmaq istəyənlər yanılırlar. Bizim şəhidlərimizin hər damla qanından mübariz insanlar yaranır. Biz fədakarlığa və Allah yolunda şəhidliyə hazırıq!
İslam məktəbini, tövhid məktəbini azğın küfr məktəbləri ilə fərqlərindən cəhətlərdən biri budur ki, bu məktəbin ardıcılları şəhidliyi özlərinə böyük səadət bilir, buna sevinirlər. Onlar inanırlar ki, təbiət aləmindən sonra daha yüksək və işıqlı aləmlər var. Mömin bu aləmdə həbsdədir, şəhidlikdən sonra isə həbsdən azad olur. Bu, tövhid məktəbi ilə digər məktəblərin fərqlərindən biridir.
Allaha və axirətə inanmayanlar ölümdən, şəhidlikdən qorxmalıdırlar. Biz və tövhid məktəbinin şagirdləri şəhidlikdən qorxmuruq, çəkinmirik. Gəlib yoxlasınlar; necə ki, yoxlayırlar. Bir hədisdə olan dəyərli məqamlardan biri budur ki, Allahın iradəsi ilə bizim dinimiz günahkar insanlarla güclənir.
Bu din fasiq şahın vasitəsi ilə istər-istəməz gücləndi. Çünki zülm və haqsızlıq nə qədər çoxalsa, ədalət istəyi bir o qədər güclənər. Zalım özünün zalımcasına hökm və əməlləri ilə ədalət dinini gücləndirir.
Fironun fironluğu ilə Musanın dini güclənir, Əbu Süfyanın azğınlığı ilə İslam peyğəmbərinin dini. Məhəmmədrzanın zülmü, cinayəti və günahı ilə də İslam dini güclənir. Dinimiz ruhani mütəfəkkirlər tərəfindən gücləndiyi kimi, Allah-Taala buyurur ki, fasiq təbəqələrin və günahkar insanların əli ilə də güclənir.
Haqq və azadlıq yolunun şəhidlərinə salam olsun!