21 Noyabr 2024 - 21
Bu nə mahdır ki, həddən keçib iztirabi-Zeynəb,
Fələk üzrə mehrü-mahi eyləyib kəbab Zeynəb.
Dedim: əndəlibi-zarə ki, nə ah-zardır bu?
Dedi: - Bu fəğanə baisələmi-cənab Zeynəb.
Dəxi lalədən soruşdum: niyə dağdar olubsan?
Dedi: - Yandırıbdı bağrım o evi xərab Zeynəb.
Gülü, sünbülü çəməndə bu gün əşkbar gördüm,
Buları edib pərişan yəqin inqilabi-Zeynəb.
Bu bəlalı çöldə qönçə necə bürqədar olsun,
Kim, əsir Şami-şuma gedə biniqab Zeynəb.
Özün etsə qərqeyi-xun nə əcəb o qətlgəhdə,
Bədəni-Hüseyni göz-göz görə çün cənab Zeynəb.
Götür zivəri aradən ki, fəqani-şanə qoymaz,
Səri-zülfi-noərusə verə piçtab Zeynəb.
Deyil özgə ğazə hacət onun əllərin həmin dəm,
Dəmi-Qasim ilə eylə necə gör xizab Zeynəb.
Nə rəvadürür güşadə gəzə kuçə-kuçə, ey çərx,
O, öz əksi-qamətindən eyləyən hicab Zeynəb.
Xəbər aldım əhli-beytin, ədədi-qəmin fələkdən,
Dedi ki, - hesabə gəlməz qəmi-bihesab Zeynəb.
Hamı dustunun günahın sən özün bağışla, yarəb,
Bədəli-qəmini-Gülsüm beruxi-pürab Zeynəb.
Dəxi Zakiri hesab et səgi-kuyi-Kərbəladən,
Behəqi-fəğani-Zəhra, behəqi-əzab Zeynəb.
Qasım bəy Zakir