21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Kərbəla, saxlagilən nəşi-Əliəkbərimi
19.09.2019

Kərbəla, saxlagilən nəşi-Əliəkbərimi,
Verirəm çünki əmanət sənə gülpeykərimi.

Yoxdu çün Leyliyi-biçarəyə qəmxari-dəlil,
Atəşin ahilə göz yaşım olur xakə səbil,
Çarəm olsaydi əgər qoymaz idim xaru zəlil,
Sayəbani eylər idim nəşə qəra məcərimi.

Dütdi xurşidi-cahan tabımı zülmati-cəfa,
Olmadi bircə bu bazardə sərrafi-vəfa,
Oldi çün qaninə qəltan düri-dəryayi-səfa,
Tökərəm arizimə lölövü əşki-tərimi.

Necə bəs qaninə qəltan görüm qamətini,
Görmədim hiclədə, səd heyf, qəmər təl`ətini,
Salmadım qaməti-rə`nasına toy xəl`ətini,
Aldılar çünki əlimdən bu vəfapərvərimi.

Könlümü tirə nişan eylədilər firqəyi-cəng,
Yağıdıb çərxi-kaman gülşənə barani-xədəng,
Səfheyi-sinəsini gustəri-zəxm eylədi təng,
Etdilər qaninə qəltan bu mələkmənzərimi.

Qolların tiği-cəfa ilə qələm etdi ədu,
Caridür sərvi-səhi-naz ayağından hu,
Verdi can abi-Fərat üstə, vəli içmədi su,
Ricətə saxlagilən şiri-qəzənfərfərimi.

Dutacaq məhvili-Qüdsidə əza ruhiləmin,
Olacaq həşrə kimi nohəsəra ruyi-zəmin,
Saldılar ərşi-səfadən yerə çün firqəyi-kin,
Zülm ilən şəmsi-müniri qəmərü əxtərimi.

Abbasqulu ağa Bakıxanov Qüdsi