23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Zəhra bu ayda oxşar balasın
20.09.2019

Zəhra bu ayda oxşar balasın
Ahilə başa bağlar qarasın
Məzlum Hüseynin saxlar əzasın
Yada salar Kərbübəlanın macərasın

Bu qəmdə şiə matəm qurallar
Bazari şəhrə pərçəm vurallar
Qəm səhnəsində möhkəm durallar
Dünyanı va Hüseyn səsilə doldurallar

Yoldan yetişdi qəm karivanı
Ta etdi mənzil Kərbübəlanı
Mövla çağırdı əhli-vəfanı
Axsın gərək aşiqlərin bu çöldə qanı

Əlhəqq Hüseyndir azadə rəhbər
Əlqanı etdi səhranı əhmər
Başı kəsildi qət oldu əllər
Səsləndi başı nizədə Allahu Əkbər

Allah bu ildə gəldik nəvayə
Yalvarrıq hər dəm badi səbayə
Xəbər aparsın Kərbübəlayə
Bizdən salam olsun o ləb teşnə fədayə

Ey şahi-dinə biət edənlər
Həl min muinə ləbbeyk deyənlər
Sinə vuranlar qarə geyənlər
Təndə medali eşqidir bu pirəhənlər

Ya Rəbb behəqqi əhli-məani
Lütf et bərati Kərbübəlani
Qəlbdən sevindir bu aşiqani
Allah yetir sən Neynəvayə bu nəvani

Kəlami Zəncani