03 Noyabr 2025 - 3
Ravi nəql eylə danış Kərbübəladan mənə
Oxusun sonra müəzzin Şühədadan mənə
Oxusun rövzə deyən həzrət Hüseyn növhəsini
Nəzər olsun gecələr Ali Əbadan mənə
Ey könül Kərbübəla şəhrinə get zövq apar
Ən əsas busə götür qəbri-dütadan mənə
Bir bəla gəldi xanım Zeynəb əsir düşdü şama
Kaş gələydi o bəlalar əvvəladan mənə.
Çəkib ah vay elədim dərdimi pünhan tutdum
Daşa bənzər iri qəm düşdü fəzadan mənə
Qara köynək geyinən əslən Əli aşinəsi
Gözüvün yaşını tök eylə duadan mənə
Fuad əcrin aparar yari şahın hüsnündən
İlahi versə töhfəsin aşuradan mənə
Fuad Musəvi
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto