03 Dekabr 2024 - 3
Salam ola mühənə tab edən Əbəlfəzlə
İki uzun qolu təndən düşən Əbəlfəzlə
Salam ola quruyan gülsitani-Tahaya
Su göz yaşilə dəmadəm səpən Əbəlfəzlə
Salam o mənayi-mərdanegi və isarə
Salam ola mütəlaşı bədən Əbəlfəzlə
Salam ola biçilən qəddinə sınan başına
Əmud cəbrilə fərqin öpən Əbəlfəzlə
Salam ola dağılan məşginə axan qanına
Göz üstə üçpər oxa yer verən Əbəlfəzlə
Salam o zəhmətilən tərpənən dodağlarına
Şəhid olanda, Hüseyn vay deyən Əbəlfəzlə
Oxu çəkəndə başın əydi düşdü əmmamə
Əl açdı rubəhü-zağü-zəğən Əbəlfəzlə
Dəyəndə başına ahən Hüseynin əsdi dizi
Qan ağladı hamı dəştü-dəmən Əbəlfəzlə
At üstə ləngərə düşdü o yaralı peykər
Baxıb gülürdü ədu dövrədən Əbəlfəzlə
Yıxıldı atdan ayağı rikabə bənd oldu
Fələk cəfasını etdi ələn Əbəlfəzlə
Üzünün üstə süründü Üqabı getdikicə
Qəzavət eylə nə zülm oldu sən Əbəlfəzlə
Qayıtdı gəldi qaçan mərdumani-rubəhru
Vurubdu tazə yara hər gələn Əbəlfəzlə
Eşitdi məşk adını tazələndi yaraları
Yaratdı su sözü ayrı mühən Əbəlfəzlə
Yadına düşdü Rüqəyyə su camı əllərdə
Baxırdı bülbülü-şirin suxən Əbəlfəzlə
Dilin dodağına sürtürdü, yəni mən susuzam
Ümüdvar idi ol yasəmən Əbəlfəzlə
Alışdı qəlbi dedi dadə gəl Hüseyn ölürəm
Özün yetir bu xəcalət ölən Əbəlfəzlə
Hüseyn gözündən iraq düşmüşəm üzüm üstə
Gülüb şəmatət edir hər görən Əbəlfəzlə