03 Noyabr 2025 - 3
Yıxldım ətşan, yerə gəl qardaş
Yetir ələmdarına əl qardaş
Ey tabü-təvanım, qurban sənə canım
Ey ruhu-rəvanım, qurban sənə canım
Gəl ey sipehri-kərəmim qardaş
Düşüb əlimdən ələmim qardaş
Livayi-dini sənə versəydim
Ürəkdə qalmazdı qəmim qardaş
Ey tabü-təvanım, qurban sənə canım
Ey ruhu-rəvanım, qurban sənə canım
Alıb ədu sağ-solumu qardaş
Kəsibdi düşmən yolumu qardaş
İraq gözündən bu dəni-ləşkər
Salıb bədəndən qolumu qardaş
Ey tabü-təvanım, qurban sənə canım
Ey ruhu-rəvanım, qurban sənə canım
Sayəni gəl başıma sal qardaş
Düşmən əlindən məni al qardaş
Olsa rıza qəlbin Əbəlfəzdən
Gəl məni sən eylə halal qardaş
Ey tabü-təvanım, qurban sənə canım
Ey ruhu-rəvanım, qurban sənə canım
Baxır hamı rəşkimə gəl qardaş
Qarışdı qan əşgimə gəl qardaş
Xəcalət oldum hərəm əhlindən
Dəyibdi ox məşgimə gəl qardaş
Ey tabü-təvanım, qurban sənə canım
Ey ruhu-rəvanım, qurban sənə canım
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto