21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Şəhid Abbas Musəvi
12.01.2018

Livanın "Hizbullah" hərəkatının hazırki lider Həsən Nəsrullahdan əvvəlki baş katibi və təsisçisi olmuş Abbas Musəvi 1992-ci il 16 fevral tarixində şəhid Raqib Hərbin anım mərasimindən qayıdarkən Livanın cənubundakı Cibşit bölgəsində sionist İsrail hərbi hava qüvvələrinin raket atəşinə məruz qalaraq hərəkət etdiyi avtomobildəki həyat yoldaşı və bir uşağı ilə birlikdə şəhid edilib.

"Gedin israillilərə deyin ki, biz Məhəmməd ordusuyuq, geri qayıtdıq və Qüds yolunda irəliləyirik!"

Abbas Musəvi kimdir?

Seyid Abbas Musəvi Livanın "Hizbullah" müqavimət hərəkatının baş katibi olub. O, xüsusilə Livanın cənubunda sionist işğalına qarşı aparılan cihad hərəkatında önməli rol oynayıb. Hərəkatın liderlərindən olan Abbas Musəvi Allahın təqdiri ilə digər bir şəhidin anım mərasimindən qayıdarkən xanımı və uşağı ilə birlikdə İsrail casuslarının hücumuna məruz qalaraq şəhidlik zirvəsinə yüksəlib.

"Hizbullah" lideri Seyid Həsən Nəsrullah İslam müqavimətinin öndərlərindən olan Şəhid Seyid Abbas Musəvinin doğulduğu Nəbi-Şitdəki dəfn mərasimində aşağıdakı çıxışı edib:

"O, Kərbəla üçün doğulmuşdu, könlündə Hüseynin adı və xatirəsi var idi. Damarlarındakı qan qəzəb və inqilabla qaynayarkən gözlərində yetimlərin və kimsəsizlərin göz yaşları toplanmışdı. O, gözünü İmam Mehdinin cəsur silahdaşları ilə birlikdə gerçəkləşdirəcəyi zəfərə dikmişdi. O, soyu Həzrət Məhəmmədə (s) çatan, ali məqamlı, dəyərli ataların və pak anaların sülaləsindən gələn, Peyğəmbər (s) nəvəsi Əbu Yasir idi. O, zahid və mütəfəkkir, elmi ilə əməl edən bir alim və mücahid bir qiyamçı idi. Yoxsul bir evdən çıxmışdı və bu xüsusiyyətini dəyişməmişdi. Özündən sonra geriyə nə ev, nə mülk saxlamadı. Borclarının ödənilməsinə belə yetməyən, illərlə işlənmiş və aşınmış bir miqdar sadə əşyadan başqa mirası yox idi. İşlərində əsla sünilik olmayan, təvazökar bir insan idi, kimsəsizləri sevər, kasıblarla yaxınlıq edərdi. Mücahid və şəhidlərə sevgi bəsləyər, şövq duyardı. Yetimlərə gözləri ilə xidmət edər, yaralılara şəfa bəxş edərdi. Əsirlikdə olan əziz mücahidlər daim yadında idi, o, öncül idi və hər zaman ön sırada dayanan bir lider idi. Heç bir şeyi təkcə özü üçün istəməzdi, həmçinin zəmanənin çətinlikləri qarşısında başqaları ilə də yoldaşlıq etməkdən çəkinməzdi.

O, Kərbəla üçün doğulmuşdu və ora səfər etdi, hətta babası Hüseyn kimi xanımı və övladı ilə birlikdə. Şəhadət bir ümmətin əzəmət və böyüklüyünü yaradan ali bir məfhumdur, bir xalqı vahid toplum halına gətirmək üçün yanan və kül olan vücuddur, ümid daşıyan ah və üzüntüdür, bütün kinləri yuyaraq məhəbbət və dostluq meydana gətirən bir gözyaşıdır. Burada əzəmət, birlik, ümid, məhəbbət və cihad bir araya gələrək qanın qılınc üzərindəki zəfərini ərməğan olaraq gətirirlər.

Böyük şəhidimiz 1982-ci ildə yaradıldığını elan etmiş və təməl hədəfi yer üzünün və insanların azadlığı, eləcə də azğın sionistlərə qarşı mübarizə ilə yanaşı xalqımız üçün də sülh və sabitliyin təmin edilməsi olan bir cihad hərəkatının baş katibi idi. Əlbəttə, bu hərəkat heç vaxt başqasının tərifini və maddi yardımını tələb etməmişdir, ən yaxşı gənclərindən ibarət yüzlərlə könüllüsünü, hətta öz rəhbərini belə bu yolda şəhid olaraq təqdim etmiş, istişhad əməliyyatları dövrünü açıq elan etmiş, cihad və fədakarlıq ruhiyyəsini yenidən dirçəltmişdir. Bu hərəkat təmiz qəlbli silahdaşları ilə düşmənə çoxlu canlı qüvvə və maddi itkilərlə tarixi məğlubiyyətlər daddırmış və onları Livanda işğal etdikləri torpaqları qeydsiz-şərtsiz tərk etməyə məcbut etmişdir. Bu geriyə addımların səbəbi qəti şəkildə beynəlxalq təzyiqlər deyildi. Bu rüsvayçı geriçəkilmə Əmin Cəmil hökumətinin kölgəsində imzalanmış və xəyanət dolu 17 may anlaşmasından savayı heç bir nəticəsi olmayan sülh danışıqları və dialoqlarının nəticəsində də gerçəkləşmədi.

Bu hərəkat heç vaxt seçdiyi yolun doğruluğu ilə bağlı ən kiçik bir şübhə və tərəddüd hiss etməmişdir və yaxın gələcəkdə bütün İslam ümmətinin bu məntiqli, tale müəyyənləşdirən seçimin ətrafına toplanacaqlarına inamı tamdır.

Şübhəsizdir ki, şəhid, mücahid Seyid Abbas Musəvinin fəzilətli, döyüşkən və ağıllı həyat yoldaşının (Ümmü Yasir - red.) və məsum uşaqlarının İsrail tərəfindən sui-qəsdə məruz qalması sionist terror təşkilatlarının müqəddəs Fələstin torpaqlarına girdikləri ilk gündən bəri işlədikləri silsilə cinayətlər siyahısına əlavə olunmuşdur. Bu terror manqaları həmişə uşaqları öldürərək sinələrinin yarılmasında, qadınlara, qızlara hücumların təşkilində, kişilərin qətliama məruz qoyulmasında, evlərin yandırılaraq torpaq sahələrinin qanuni sahiblərinin əlindən zorla alınmasında həmişə öncül olublar.

Bütün bu cinayətlər dünyanın böyük qüvvələrinin açıq nəzarəti altında və dəstəkləri sayəsində icra olunurdu. Əlbəttə, onların bu cinayətləri Livan xalqının müqavimətinə və ya Fələstin xalqının itifadasına cavab olaraq icra edilmir, əsas hədəfləri bölgə xalqını öz torpaqlarından qovmaq, əkinə yararlı əraziləri, suyu və digər təbii resursları əvvəlcədən hazırladıqları məkrli planlar çərçivəsində ələ keçirməkdir. Bütün bunlar, həqiqətdə amerikalıların dəstəyi, yardımı, silahı ilə BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edilərək gerçəkləşdirilən bir dövlət terrorudur. Bu, həmçinin dünyanın ən böyük terrorçu dövlətinin Amerika və Amerikanın öz əli ilə bölgəyə yerləşdirdiyi İsrail olduğunu göstərməkdədir.

Görəsən bizim belə bir sual ünvanlamaq haqqımız da mı yoxdur? Görəsən azğın və işğalçı əsgərləri öldürməyi terrorizm adlandıranların, qadın, uşaq və mülki şəxslərin qətlə yetirilmələri qarşısındakı susqunluqlarının səbəbləri nələrdir? Bu, meyarların zülmə məruz qalmış xalqların lehinə deyil, böyük güclərin istəklərinə uyğun şəkildə müəyyən edildiyi anlamına gəlmirmi?

Şübhəsiz ki, sionistlərin, hətta gücsüz olduqları dönəmlərdə belə əsla əl çəkməyəcəkləri plan və əməlləri vardır. Bu halda necə olur ki, bəziləri sadəlövhlüklə sionistlərin qüdrətli olduqları bir dönəmdə bu əməllərdən əl çəkəcəklərini mümkün hesab edir? İsrail yalnız Livanın cənubunu deyil, hamısını, bütün ərəb və islam dünyasını təhdid etməkdədir. Hərislik və tamahları sərhəd tanımır, çünki Talmud kitabına əsaslandırdıqları bu planlar onlar üçün əl çəkiləsi deyil. Onlar həm müsəlmanlara, həm də xristianlara hücum edirlər, bizim inancımıza əsasən, bəzi Livan xristianları liderlərinin İsrailə könül bağlamalarının onlar üçün səbəb olduğu qorxunc nəticələrdən ibrət almalıdırlar. İsrail kölələrinə və satılmışalara gəlincə, bilsinlər ki, sionist rejim onlara ehtiyacı qalmadığı an hamısını kənara tullayacaqdır.

Livan xalqı, hökuməti, siyasi partiyaları, hərəkat və şəxsiyyətləri, bir sözlə Seyid və ailəsinə qarşı sui-qəsd cinayətini yekdilliklə qınayanlar İsrailə yanaşmağı və onun suveren dövlət kimi mövcudluğunun qanuniliyini rədd etmək və sionistlərlə əməkdaşlıq edən xainlərin bərtərəf edilməsi istiqamətində əməli addımlar atmaqda məsuldurlar. Müqavimət layihəsinin dövlət və xalq tərəfindən dəstəklənməsi və gücləndirilməsi dünyanın azadlığı, eləcə də izzətli və sağlam təməlli bir sülhün gerçəkləşməsilə nəticələnəcəkdir. Müqavimət hərəkatı qətiyyət və səbat üçün bir çox imkanlar yaradaraq daxili birliyin təmin edilməsi üçün real bir mehvər olmaqdadır. Lakin düşmənlə əməkdaşlıq edərək ona ümid bağlamış insanlar mövcud olduqca hər cür daxili birlik zərbəyə əlçatan və müvəqqəti olmağa məhkumdur. Bax bu səbəbdən Livandakı daxili müharibənin bitməsinin ən əsas şərti İsrailə kölə olmaq rüsvayçılığından qurtulmaq, azadlıq layihəsini qəbul edərək ərəb və İslam ölkələrinə qarşı Amerikanın, Qərb ölkələrinin yardımını istəməməkdir.

Bölgədəki müharibə və zorakılığın əsas səbəbkarı qətiyyən İsrailin ərəb və İslam dünyasının qəlbindəki azğın mövcudluğundan başqa bir şey deyildir, ən aşkar xüsusiyyəti hücum, həddini aşma və qan tökmək olan bir rejim sülh adına heç bir addım ata bilməz. Əksinə, onlar yeni müharibələrə hazırlaşmaq üçün şüarlar ortaya atacaqlar, imzaladıqları anlaşmaların məsuliyyətindən yayınmaq üçün daim fürsət axtarışında olacaqlar. Onlar, hətta Allah və Rəsulu (s) ilə olan əhd və vədlərini yerinə yetirməməkdə ad çıxarmış bir qövmdürlər.

Əgər dünya, həqiqətən də bölgədə davamlı bir sülh arzulayırsa, bunun tək bir yolu var ki, o da budur: işğalçı yəhudilər gəldikləri ölkələrə, Fələstin xalqı da öz yurduna dönməlidir. Sionist rejimlə uzlaşma, müqavimətdən geri çəkilmə və xəyali bir sülh əldə etmək üçün onlara şans vermək isə azğın, tamahkar düşməni növbəti hücumlar və işğalçılıq siyasətini davam etdirmək üçün daha da təşviq etməyə yarayacaqdır, sadəcə.

Livan bu gün təkcə İsrail ilə vuruşanları dəstəkləyən bir ölkə deyil, həmçinin düşmənə qarşı aparılan böyük bir müharibəni biləvasitə təcrübədən keçirdərək ən böyük qəhrəmanlıq dastanlarına da imza atmaqdadır. Əlbəttə, hamımız bilirik ki, Livanda "bəlkə, bir gün ərəb dünyası hərəkətə keçər və bir addım atar" düşüncəsi ilə oturub gözləməyə dəvət edən bir məntiq mövcuddur. Bizim məntiqimiz isə bizə deyir ki, müqavimət və cihadı davam etdirək, hər zaman müqavimətin dəstəkçisi olmuş Suriyanın yanında yer alaq. Biz davamlı olaraq Fələstində işğal altındakı millətimizin intifadasının yanında olduq. Fələstinin müsəlman xalqı bölgə xalqlarına, bütün ərəb və İslam dünyasına açıq bir nümunə göstərərək İsrail qarşısında müqavimətin və qələbə əldə edilməsinin mümkünlüyünü sübut etməkdədir. Bütün bunlar bu xalqların qiyam edərək ümid və mübarizə ruhunu canlı saxlamalarına imkan yaradacaqdır. Bu sayədə müqavimət bütün İslam ümmətinin əsl mədəniyyəti və böyük amalı olacaq, həmin gün gələndə isə bu ümmətin İsraildən və onun dünyadakı bütün dəstəkçilərindən daha güclü olduğu aşkara çıxacaqdır.

Düşmənin vəhşicəsinə törətdiyi cinayətlər və ardınca baş verən olaylar Allah-taalanın Qurani-kərimdə buyurduğu sözün yeni bir təsdiqidir: "Onlar tədbir tökdülər, Allah da tədbir tökdü. Allah tədbir tökənlərin ən xeyirlisidir". Müqaviməti aradan götürmək istəyirdilər, amma tam tərsi baş verdi. Bu hərəkat böyüyərək xalqın fərdlərinin sıralarına və vicdanına nüfuz etdi. Seyidimizi xanımı və uşağı ilə birlikdə qətlə yetirərək bir ailəni tamamilə aradan götürdülər, bunun qarşılığında isə bütöv bir ümmət hərəkətə keçdi. Ondan qurtulmaq məqsədilə sui-qəsd təşkil etdilər, amma şəhidliyi ilə, bəlkə də həyatından da böyük bir əzəmət qazandı.

Şübhəsiz, Seyid və ailəsinin şəhadəyi qiyam və hərəkat yaratmaq baxımından elə böyük bir qüdrətə sahibdir ki, müqavimətin imza atdığı cihad əməliyyatlarının hamısı belə ona tay ola bilməz. Biz onun şəhadəti ilə düşmənin bizi uğratmaq istədiyi və gözlədiyi o məğlubiyyətin dəhşətindən dəfələrlə daha yüksək, daha böyük zəfərlərə şahid olduq.

Biz düşmən liderlərinə, komandirlərinə, bizi yox etməklə təhdid edən və bunun üçün planlar cızanlara deyirik ki, biz belə qarşılaşmalar üçün hazırıq və inşallah, döyüşü qazanacağıq. Siz ümmətimiz içərisindəki bir qrup zəlil adamlara baxmayın, əksinə düşmən üçün bəzi xüsusi planları olan və qələbəni özlərinə məxsus edəcək şəhidlərə, qəhrəmanlara baxın.

Biz İrana, İslam inqilabına, Suriyanın müqavimət göstərən xalqına, livanlı, fələstinli islami və ümumxalq qüvvələrinə üzümüzü tutaraq deyirik ki, "Hizbullah" sizin yanınızdadır, eyni cəbhədə qalacaq, cihad və istiqamətə əsaslanan mövqeyini qoruyacaqdır, azğın düşmənə qarşı əsla uzlaşma və yumuşaqlıq göstərməyərək heç bir zaman geri addım atmayacaqdır. Çünki bizim yolumuz qanımıza işləmişdir, ruhumuzun dərinliklərinə kök salmışdır. Bu mübarizəni birlikdə sona çatdıracağıq, heç şübhəsiz, aramızdakı bəzilərimizi şəhid verəcəyik, çünki mübarizənin, cihadın təbiəti belədir, amma istənilən hald qalib gələnlər biz olacağıq.

Biz sizinlə əhd bağlayırıq, söz veririk ki, bu missiyaya, bu ümmətə, Cənubi Livanla, əziz Qüdsə, Şəhid Seyid Abbas Musəvi, onun vəfalı xanımı və balaca Hüseynə sadiq qalacağıq.

Sizə söz veririk ki, Seyidin öz pak qanı ilə meydana gətirdiyi bu görkəmli və ulu yolda hərəkət edəcəyik!

Son olaraq mən "Hizbullah"ın komandiri və lideri olaraq şəhidin ailəsi və İslami müqavimət hərəkatının şərəfli övladları adından bu şəhadət mərasiminə qatılan hər kəsə təşəkkür edirəm.

Hamımız birlikdə, bir-birimizin yanında qalacağıq, əgər şəhidlərin toy mərasimlərində bir-birimizi görməsək də, hər halda müqavimət cəbhələrində çiyin-çiyinə verəcəyik. Hər birinizə zəfər arzulayırıqı, inşallah, Allahdan sizə izzət və böyüklük inayət etməsini diləyirik."