21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Şəhid Cihad Muğniyə
03.11.2017

Cihad Muğniyə 1990-cı ildə dünyaya gəlib. "Hizbullah"ın əfsanəvi komandirlərindən biri Şəhid İmad Muğniyənin oğludur.

2015-ci il yanvarın 18-i İsrail ordusuna aid hərbi helikopterin Suriyanın Quneytəra şəhərində Amal fermaları istiqamətinə endirdiyi iki raket zərbəsində Livanın "Hizbullah" hərəkatına aid iki nəqliyyat vasitəsi partladılır. Hücum zamanı "Hizbullah"ın sabiq komandirlərindən olan və 2008-ci ildə Dəməşqdə törədilən terror aktı nəticəsində şəhid olmuş İmad Muğniyyənin 25 yaşlı oğlu Cihad Muğniyə və bir neçə silahdaşları şəhid olub. Şəhid olan digər şəxslər 42 yaşlı sahə komandiri Məhəmməd İsa, 35 yaşlı Abbas İbrahim Hicazi, 29 yaşlı Məhəmməd Əli Həsən Əbu əl-Həsən, 26 yaşlı Qazi Əli Davi və 21 yaşlı Əli Həsən İbrahim olub. Şəhidliyə qovuşmuş hərbiçilər Beyrutun "Rövzət əl-Şəhideyn" qəbristanlığında dəfn olunublar.


Həmin ilin yanvar ayının 11-də, Cihad Müğniyənin şəhidliyindən bir həftə öncə onun ana babasıgildə Peyğəmbərin mövlud bayramı münasibətilə böyük bir bayram qonaqlığı hazırlanmışdı. Bütün nəvələrə deyilmişdi ki, məclis üçün qısa söhbət hazırlayıb yeni 2015-ci il planlarını açıqlasınlar. Hamı danışdı və növbə Cihada çatdı. O isə yalnız bunu dedi: "Yeni il planlarımı gələn həftə deyəcəm". Hamı etiraz etdi; kimisi şərtləri pozduğunu, tapşırığını hazırlamadığını dedi, kimisi güldü, kimisi zarafatlaşdı. O isə sözündən dönmədi, planlarını gələn həftə açıqlayacağını söyləyib durdu.

Düz bir həftə sonra yenə də bütün ailə bir yerə toplaşdı, amma bu dəfə qonaqlıq üçün yox, başsağlığına gələnləri qarşılamaq üçün. Cihadın planı şəhidlik idi.
Bunu Cihadın nənəsi Ümm Ədnan, xalası və bir neçə yaxın qohumu danışır. Lakin dərhal mövqe və yollarını təyin edirlər: "Ailənin gənc nəvəsini itirdiyimizə görə ağlayır, seçdiyi yola görə isə sevinirik".

Cihad Müğniyənin anası ilə yaxın münasibətdə olan xanımlardan biri deyir: "Son zamanlar çox dua edirdi ki, oğlu arzusuna çatsın. Cihad bundan ötrü anasından dua etməsini istəmişdi". Xatırladaq ki, o, bu arzunu ilk dəfə bir neçə il öncə atasının dəfni zamanı söyləmişdi. Şəhid nəvəsinin yasında Livan ləhcəsilə oxşama deyən nənənin sözləri də maraqlıdır: "Əziz balam, tez getdin... Amma Allaha şükür olsun! Bu ailənin taleyi şəhidlikdir. Və şəhidlik Tanrının xüsusi dostlarına bağışladığı hədiyyədir".

İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Qüds qüvvələrinin komandanı General Hacı Qasim Süleymaninin anasının vəfatı münasibətilə təşkil olunmuş Quran xətmi mərasimi keçirilirdi. Hacı Qasimin arxasında cavan bir oğlan dayanmışdı. Bəlkə də çoxlarına tanış gəlmirdi. Lakin onun cəlb edici siması Hacı Qasimin arxasından diqqətləri cəlb edirdi.

Bu cavan oğlan bütün mərasim boyunca Hacı Qasimin arxasında dayanmışdı. Bəzən Hacı Qasimin çiynini öpürdü. Hər bir neçə dəqiqədən bir pıçıltı ilə bir-biri ilə söhbət də edirdilər. Hacı Qasim bəzən onu öz yanında dayandırır və yüksək rütbəli komandirlərə onu tanıtdırırdı. Onu tanımayan şəxslər generalın tanışlıq verməsindən sonra təbəssüm edir, onu qucaqlayır və öpürdü.


Onu ilk dəfə televiziyada 5 il öncə gördük. Atası 2008-ci ilin fevral ayının 12-si Suriyanın paytaxtı Dəməşqin Kəfərsusə məhəlləsində Mossad terrorçularının əli ilə terror edildi. Şəhadəti onu adı bilinməzlikdən çıxardı. Öz şəhid əmisinin adını daşıyan Cihad Müğniyə indi bir oğul kimi Hacı Qasimin yanında dayanmışdı. O, Hizbullahın misilsiz komandiri şəhid İmad Muğniyənin (Hacı Rizvanın) övladı Cihad İmad Muğniyə idi. Cihadın Hacı Qasimlə münasibəti bir oğulun öz atasının dostu ilə münasibətindən daha üstün idi. Buna görə də, tanımayanlar elə bilirdilər ki, Cihad Hacı Qasimin oğludur.

interaztv.com - islamazeri.az