21 Noyabr 2024 - 21
M. Yüksəl, 1958-ci ildə Bitlisin Deştadari bölgəsində dünyaya göz açmışdır. Onun atası tanınmış islam alimi Sədrətdin Yüksəldir. Uşaq vaxtlarından ailəsilə birlikdə İstanbula köçən və atasından aldığı islam elmlərilə böyüyüən Mətin Yüksəl, o zamanki islami hərəkatların ünvanı olan "Akıncı"lar təşkilatına qoşulmuş və "Fateh Akıncılar Dərnəyi"ni qurmuşdur.
"Fatih akıncıları" təşkil etdikləri sosial fəaliyyətlərdə, bölgə əhalisinin məhəbbətini qazanır. Getdikcə nüfuzu artan "Fatih akıncıları"nın təşkil etdiyi tədbirlər, bəzi solçu və millətçiləri narahat etməyə başlayır. Mətin Yüksəl təhdidə məruz qalan tələbələri qorumaq üçün əlindən gələn hər bir addımı atmağa başlayır. 26 oktaybr 1977-ci il tarixində Mətin Yüksəl və 3 dostu 8 kommunist tərəfindən silahlı hücuma məruz qalır. Hücum zamanı yaralanan Mətin Yüksəl mübarizəsinə daha da şövqlə bağlanır. Sağaldıqdan sonra onun ilk çıxışındakı sözləri belə olur: "Şəhadət çağırışdır, bütün nəsillərə və çağlara".
Gənc lider sanki bu sözlə şəhadətə çatacağını hiss edir.
Mətin Yüksəlin islami kimliyini həmişə öndə tutaraq, atdığı addımlarla milliyətçi türkləri və əsasən də, o dövrün millət vəkilliyinə namizəd olan, Milliyətçi Hərəkat Partiyasının rəsmisi İhsan Barutçunu narahat etməyə başlayır. Bu barədə 2011-ci ilin may ayının 10-da "Akşam" qəzetində Nagehan Alçının imzası ilə məlumat yayımlanır. İddiaya görə Mətin Yüksəl "Fatih akıncıları" təşkilatının aksiyalarını təşkil etdiyi üçün dövrün iqtidarını və radikal millətçilərini narahat etməyə başlayır. Bununla da o, 23 fevral 1979-cu il tarixində, Fateh məscidində cümə namazından çıxarkən, silahlı hücuma məruz qalır və şəhid olur.
Mətin Yüksəl hücuma məruz qaldığı zaman, yanında olan Mehmet Ali Tekin adlı şəxs hadisəni belə nəql edir: "Bir radikal millətçi cümə namazından çıxan Mətini 3 dəfə "dayan" deyərək səslədi. 3-cü dəfədən sonra Mətin səslənən şəxsə "Gəlin danışaq!" dedi. Mətin sözünü bitirməmiş, radikal millətçilər silahları ilə Mətini güllələdilər. Mən həmin vaxt məscidin həyətində olan ağacın arxasında gizlənmək istədim. Bu vaxt mənə "Əllərini yuxarı qaldır!" dedilər. Mən əllərimi yuxarı qaldıraraq ağaca söykəndim. Hadisəni görən polislər "Təslim olun!" deyə bağıraraq, hadisə baş verən yerə doğru qaçmağa başladılar. Qatillər məni sərbəst buraxıb, hadisə yerindən uzaqlaşdılar. Mən Mətini belimə alıb, taksiyə minərək ən yaxın xəstəxanaya apardım. Xəstəxanaya çatanda artıq gec idi. Həkimlər onu əməliyyata aldı. Amma Mətin Yüksəl şəhadət şərbətini çoxdan içmişdi."
Mətin Yüksəl 26 fevral 1979-cu il tarixində, bazar günü Fateh Ədirnəqapı məzarlığında dəfn olunur. Şəhadətindən 35 il keçməsinə baxmayaraq, Mətin Yüksəl Türkiyə xalqının həmişə qəlbində yaşayır. Hər il onun şəhadəti münasibəti ilə hücuma məruz qaldığı Fateh məscidinin həyətində anım mərasimi keçirilir, tədbirlər təşkil olunur.
www.ilkinhm.blogspot.com ----- deyerler.org