21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Hüseyn (ə) məktəbinin dərsləri
30.01.2018

Bu gün Fələstin məsələsində həlledici amil Hüseyn (ə) dərsidir. İndi Fələstin torpaqları daxililində bu xalqı xilas edəcək yeganə amil qarşıda tutduqları yol, yəni İntifazə (qiyam və mübarizə) yoludur. İntifazə sionizm rejimini çıxılmaz vəziyyətə sala bilər; necə ki, indi müəyyən həddə buna nail olmuşdur. Əgər bu davam etdirilsə, yeganə yoldur və başqa heç bir yol yoxdur. Məhərrəm günlərində Fələstinin adını, xatirəsini, Fələstin mücahidliklərini və sionizm rejiminin son günlərdəki qəribə cinayətlərini canlandırın. Bu iş İmam Hüseyn (ə) hərəkəti istiqamətində olan bir işdir. Bu gün təəssüf ki, İslam dünyası öz vəzifəsinə ümumiyyətlə əməl etmir. Bu gün İslam dünyasının başçıları elə şəxslərdir ki, tarix onların hər birini pis sözlərlə yad edəcək. Əgər onlar öz xalqlarını azad buraxıb, Fələstinə qarşı hisslərini bildirməyə imkan versələr, İslam dünyası təlatümə gələr. Xalqların ürəyi Fələstin məsələsinə görə qanladolmuşdur. Lakin dünya başçıları qoymurlar, onları saxlamışlar. Allah yanında və tarixdə bu rəhbərlərdən hesab sorulacaqdır.

Ayətullah Xamenei