21 Noyabr 2024 - 21
Şəhid Mehdi Bakiri 19.04.1954 tarixində Azərbaycanın Miyandoab (Qoşaçay) rayonunda anadan olmuşdur. O, Təbriz Universitetinə qəbul olduğu 1973-cü ildən siyasi mübarizəyə başlamışdır. Qardaşı Şəhid Əli Bakiri məhz həmin ildə şah rejiminin Təhlükəsizlik nazirliyi olan SAVAK tərəfindən edam olundu.
Mehdi Bakiri İslam inqilabının qələbəsindən sonra bir müddət Urmiyanın meri vəzifəsində çalışır və Kürdüstan problemi zamanı münafiqlərlə döyüşə qatılır. 1980-ci ildə cənub cəbhəsinə yollanan Mehdi Nəcəf-əşrəf briqadasının komandir müavini təyin olunur, Fəthülmübin və Beytülmüqəddəs əməliyyatlarının hər ikisində yaralanır.
O, 1982-ci ildə Aşura briqadasının komandiri təyin olunur, Vəlfəcr-hazırlıq əməliyyatından öncə isə azərbaycanlılardan ibarət Aşura diviziyasını yaradır. Mehdi Bakiri 16.03.1985 tarixində Dəclə çayının o tayında əsgərləri ilə birgə vuruşarkən şəhadətə qovuşdu. Xeybər əməliyyatında şəhid olmuş kiçik qardaşı Həmid kimi onun da cəsədi itkin düşmüşdür.