21 Noyabr 2024 - 21
Hüseynlə böyük qızım imtahandan kəsilib ali məktəbə qəbul ola bilmədilər. Dost-düşmən arasında hərdən deyirdilər: «Bunlar şəhid övladıdırlar, imtiyazları da var, bununla belə, qəbul ola bilmədilər».
Bəziləri də hamının işinə müdaxilə etməyi sevir, tənə vurur və sözləri ilə bizi incidirdilər. Çox narahat idim. Uşaqlar məndən də çox əziyyət çəkirdilər. Çox çalışmış, amma universitetə girə bilməmişdilər. Növbəti ilin imtahanlarına da ümidləri yox idi.
Həmin ərəfədə bir cümə axşamı Şəhid Burunsinin məzarını ziyarətə getdim. Fatihə oxuyub bir qədər qəbrin yanında oturdum. Onun ruhu ilə dərdləşir, yavaşca danışırdım.
Gəlmək istəyəndə uşaqların imtahandan qəbul olmamalarından və bəzilərinin vurduğu tənələrdən gileyləndim. Ona dedim: «Sən Zeynəbin canı, sənin yerin yaxşıdır, Allahdan istə, həzrət Fatiməyə (ə) təvəssül elə ki, uşaqlar bu il qəbul ola bilsinlər».
Öncəki təcrübələrimə əsasən, duamın təsirsiz qalmayacağına əmin idim. Qəribə idi ki, bir müddətdən sonra uşaqların imtahandan keçməyə ümidləri olduqca çoxaldı, çox həvəslə və yorulmadan dərs oxumağa başladılar.
Növbəti imtahanlarda hər ikisi qəbul oldu, özü də yüksək balla. Həm də hər ikisi Məşhəd universitetinə düşdülər. Bunu yalnız şəhid duasının nəticəsi hesab edirəm.
Səid Akif