21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Şəhid Əbdülhüseyn Burunsinin vəsiyyətnaməsindən hissələr
03.04.2018

Mən bu yolu şüurlu şəkildə getmiş və şüurlu şəkildə davam etdirmişəm. Ümidvaram ki, Allah yolunda atdığım addımlar Onun tərəfindən qəbul olunsun və O, bizi cəhənnəm alovundan xilas etsin.

Övladlarım! Quranı yaxşı dinləyin, bu səmavi kitabı həyatınızın sərlövhəsinə çevirin. Qurandan kömək alın, İmam Mehdiyə (ə) təvəssül edin.

Quran ayələrini həmişə zümzümə edin ki, şeytan sizə bata bilməsin. Ey nadan insanlar! Ey şəhadətin nə olduğunu bilməyənlər! Mütərəqqi cəmiyyətdə şəhidlərə "ölü" sözü dil və düşüncələrdən çıxarılmalı, onların həyatı təntənə ilə yad olunmalıdır: "Əksinə, diridirlər və Rəblərinin yanında ruzidən bəhrələnirlər". (Ali-İmran, 169)

Komandirlik mənə görə, üstünlük deyil. Dedilər ki, bir şəriət vəzifəsidir və gərək qəbul edəsiniz. Mən də "Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə tabe olun" (Nisa, 59) göstərişinə əsasən, qəbul etdim. Yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmə zamanı heç şübhəsiz, nadan insanlardan etiraz görəcəksiniz. Buna dözün və iradənizdə möhkəm olun.

Səid Akif