21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İslam təfəkkürünün dirçəlməsində Şəhid Mütəhhərinin misilsiz rolu
10.04.2018

İslam təfəkküründə Mütəhhərinin rolu aydın və bəlkə də misilsizdir. Sağlam və möhkəm İslam təfəkkürü sahəsində ən yaxşı və olduqca çoxlu kitabları mərhum Mütəhhəri hazırlayıb və yazıb. Dövrümüzün heç bir mütəfəkkirinin Mütəhhəri qədər nailiyyəti yoxdur. Yəni ya işlərinin kəmiyyəti və rəngarəngliyi azdır, ya da bu baxımdan çoxdursa da, onun əsərlərində olan keyfiyyət və zənginlikdən məhrumdurlar.

Bizim inqilabımız xalqın beynində İslam təfəkkürünün canlanmasından başlayan bir inqilab idi. Yəni İslam mütəfəkkirləri 15-16 il ərzində İslam təfəkkürünü bəyan etməsəydilər, heç şübhəsiz, bu inqilab bu formada baş tutmazdı. Siz gördünüz ki, xalq boş əllə böyük bir qüvvənin qarşısında dayandı. Xalqı bu formada mübarizəyə sövq edən amil İslam inancı idi. Bu inancı yaradanlar da məhz 15 il öncədən yeni İslam təfəkkürünü formalaşdırmağa çalışan İslam mütəfəkkirləri, o cümlədən mərhum Mütəhhərinin özü idi. Mərhum Mütəhhəri mübarizələrdən qabaq bu sahədə mühüm rolu olmuş şəxslərdəndir. O, inqilabın təkcə qələbəsində yox, başlanmasında da mühüm rol oynayıb. Həmçinin cənab Mütəhhəri ideoloji sərhədləri qorumaq, nə Şərqə, nə Qərbə əyilən xətti çəkmək, xüsusən də İslam təfəkküründən qatqıları və yad ünsürləri silmək işində misilsiz idi.

Ustad Şəhid Mütəhhəri kimi elmi və psixoloji qüvvəsi ilə işləyən az adam və az mütəfəkkir tapmaq olar. Bu əziz şəhidin hər bir çıxışını dəyərli bir tədqiqat işi hesab etmək olar. Buna görə də onun düşüncə təməlləri və fəlsəfi xətti üzərində çox işlənməlidir.

Ustad Şəhid Mütəhhəri, doğrudan da, ümmət imamının layiqli şagirdi və onun dərin İslam təfəkkürünün gövhəri olan nadir və misilsiz şəxslərdəndir.

Ruhullah Xomeyni