21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmam Hüseyn (ə) məktəbindən təsirlənən şəhid doktor - Fəthi Şikaki
15.05.2018

Doktor Fəthi Şikaki 1951-ci ildə Qəzzanın Rəfah qaçqın düşərgəsində Rəmlədən gəlmiş fələstinli ailədə dünyaya göz açıb. İlk və orta təhsilini doğuş yeri olan Rəfahda tamamladıqdan sonra Beir Zeit Universitetində təhsilini davam etdirib.

Qüds şəhərində 4 il müəllim olaraq fəaliyyət göstərdikdən sonra Misirin Zəvazik Unversitetində tibb təhsili alıb.

Fəthi Şikaki 1980-cı ildə sözügedən Universistetdən məzun olduqdan sonra Qüds şəhərinə qayıdıb və həkim olaraq işləməyə başlayıb. 1983-cü ildə işğalçı İsrail rejimi tərəfindən həbs edilən Fəthi Şikaki bir il həbsdə qalıb. Doktor 1986-cı ildə bəzi dostları ilə birgə "İslami Cihad Hərəkatı"nın bünövrəsi hesab olunan "Fələstinin Qurtuluşu üçün İslam Cəbhəsi"ni təsis edib. Bundan sonra bəzi dini mövqeləri səbəbi ilə "Fəth" təşkilatından ayrılan bəzi qruplar da bu cəbhəyə qoşulmağa başlayıblar.

Sonradan "İslami Cihad Hərəkatı" adını alan sözügedən cəbhənin qurucuları ideoloji baxımdan ən çox İmam Həsən əl-Bənna, Seyid Qütb və İzəddin əl-Qəssamın fikirlərindən təsirləndilər. İmam Həsən əl-Bənnanın İslam dünyasında yenidən diriliş hərəkatını başlatmış önəmli lider olduğunu, Seyid Qütbün də fikirləri ilə ümmətin qarşı-qarşıya olduğu problemlər qarşısında xəbərdarlıq etdiyini və inanc mövzusunda aydınlatdığını söyləyirdilər. Bu hərəkat quruluş mərhələsində İranda baş verən İslam İnqilabından da təsirləndi. Hətta hərəkatın qurucularının başında gələn və şəhid edildiyi tarixə qədər liderliyini etdiyi doktor Fəthi Şikaki İranda İmam Xomeyni liderliyindəki xalq hərəkatının başladığı vaxt: "Xomeyni, İslami çıxış yolu və alternativ" adlı kitab yazıb.

"İslami Cihad Hərəkatı"nı digər klassik təşkilatlardan ayıran xüsusiyyətlərdən biri, "İxvanul Müslimin" təşkilatının düşüncə və proqramını mümkün olduqca dəyişik düşüncə və fikirləri anlama fəliyyəti aparmalarıdır.

Bu istiqamətdə Cəmaləddin Əfqani, Məhəmməd Abduh, Rəşid Rza, Həsən əl-Bənna, Seyid Qütb, Məvdudi, Məhəmməd Qəzzali, Tofiq ət-Tayyib, Məhəmməd Baqir əs-Sədr, Ayətullah Xomeyni, Əli Şəriəti, Turabi, Qannuşi, Məhəmməd Hüseyn Fəzlullah, Səlim əl-Ava və Qərdavi kimi din xadimlərinin və müsəlman fəallardan istifadə edərkən ədəbiyyat, siyasət, tarix, iqtisadiyyat və fərqli ideologiyalar üzərində xüsusi dayanmalarıdır.

Doktor Şikai 1986-cı ildə "Fələstinin Qurtuluşu üçün İslam Cəbhəsi" qurmasından qısa müddət sonra ikinci dəfə həbs olundu və 4 il müddətinə azadlıqdan məhrum edildi.

O, 1988-ci ildə Livana sürgün edildi. Orada 1 il qaldıqdan sonra Suriyanın paytaxtı Dəməşq şəhərinə yerləşdi. Onun xanımı Qüdsdə doğulan fələstinli idi və 4 uşağı var idi.

Doktor Şikaki Liviyadakı fələstinlilərin deportasiya edilməsi prosesinin dayandırılması üçün Qəddafi ilə görüşmək üçün Liviyadan geri qayıdarkən Malta adasında (red- 26 oktyabr 1995-ci il) işğalçı İsrail rejiminin xüsusi xidmət orqanı olan MOSSAD tərəfindən şəhid edilib.


Doktor Fəthi Şikaki 1980-cı ildə İmam Hüseyn (ə) barəsində məqalə yazıb.

Məqalənin tərcüməsindən bir hissəni təqdim edirik:

"Cənnət gənclərinin ağası Hüseyn ibn Əli ibn Əbu Talib (ə) bir şəfəq vaxtı, Kərbəla çölündə tarixə adını qızıl hərflərlə yazdıracaq addımlar atıb. O, haqq və ədalət yolunda şəhid olaraq, sözün əsl mənasında insanlığın simvolu olub. 13 əsrdən sonra bir başqa şəfəq vaxtında və cənnət gənclərinin ağası yolunda Hüseyni igidlərdən biri olan İzəddin əl-Qəssam, xaçlı işğalçılar qarşısında, nifrət oyandırıcı çirkin üzlü işğalçı olan Böyük Britaniya və ona bağlı sionizm qarşısında dayanaraq Hüseyni şəkildə Fələstin dağlarında şəhid olub. Torpaq onun pak qanına boyanıb, ağaclar onun ruhu ilə rüşeymlənib, millətlərin yarı ölü bədənlərinə təzə bir nəfəs verilib, müqəddəs qəzəb atəşi alovlanıb və sonsuz xoşbəxtlik bəxş edilib.

İmam Hüseyn (ə) və İzəddin əl-Qəssam arasındakı müqəddəs və ortaq əlaqə necə də heyranedicidir. Möminlərdən çox az sayda insan böyük ordular qarşısında dayanıb və müqəddəs vəzifələri yolunda qələbə qazanıb. Onların fikri və dini məsuliyyətləri təmbəllik və vecsizlik divarını dağıdıb. Eyni ilə İmam Hüseynin (ə) qiyamı kimi, İzəddin əl-Qəssam da iyirminci əsrin ikinci və üçüncü illərində düşmənilə razılaşmanı rədd edib və imanın, inqilabın simvolu olub.