21 Noyabr 2024 - 21
Ya Əli, qoyma mən öləndən sonra Hüseynim ağlasın
Ruhi lət halımı körpəm görəndə ağlasın
Ver qüsul, tut kəfənə qana dönmüş canımı
Pünhan eylə yaramı, anən dəyəndə ağlasın
Bəslədim nazü nəvazişlə o 3 tər körpəmi
Solmasın tər qönçə gül qəddin əyəndə ağlasın
Zeynəb, sən qıl dəva səbrü Hüseynin könlünə
Kərbəladə qundağı oxlar dəyəndə ağlasın
Yollananda Rüqəyya Şama o əsiri məsumə
Ayağı daşlar isti qum üstə daşlar dəyəndə ağlasın
Gəl həlal et, ya Əli, mən tək həqir biçarəni
Qoyma Zeynəb qəbrüm üstə ah çəkəndə ağlasın
Hər günü Aşura bilsən, hər yeri sən Kərbəla
Məğfirətdir Qəmgüzara qəm gələndə ağlasın.
Qəmgüzar