22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Biri Qurandır, biri isə İtrət! - Şeir
15.08.2018

II hissə

Məktub almışdı Kufədən neçə min,

Dəvət etmişdilər ki, İmam (ə) gəlsin,

Hər kər hazırdı guya beyət etsin.

Yazırdılar qeyrətdən, ədalətdən,

Lakin sonra qaçdılar sözlərindən,

Ayılmadı heç başları qəflətdən.

Bu dünya onlar üçün gözəl məkan,

Bağlıdır məkana həmişə zaman,

Zaman daraldıqca, azalır imkan,

Ölümdən sonra olurlar çox peşman,

İstər qul olursan, istərsə də xan,

Çəkir əziyyəti günahkar insan.

İmamın (ə) xəbəri çatdı hər yana,

Onu gözləyən qoy gəlsin meydana,

Çəkildi Kufəlilər imtahana -

Bir tərəfdən Hüseyn (ə) olan haqq yolu,

Rəhbər, İmam, qəlbi eşq ilə dolu.

Hüseyn (ə) yanında həmişə var izzət,

Öldürsələr, verir sənə zəmanət,

Çox asan olar səninçün axirət.

Allah yanında verilər naz-nemət,

Ən yüksək cənnət olar sənə qiymət.

O biri tərəfdən batil ordusu,

Qəlblərində yoxdur Allah qorxusu.

Əsas hədəf bunlarda - çoxlu sərvət,

İzzətin yerini alıb zəlalət.

Nisyə dünya söz verdilər hər kəsə,

Şeytan belə vaxtda edər vəsvəsə.

Topladılar hər kəsi və hər kimi,

Güya kimsə olacaq Rey hakimi.

Qələbədən hətta qənimət qalar,

O dünyada isə nə olar - olar.

Demək olar ki, çoxları aldandı,

Bu dünyada bir necə dinar aldı.

Hər kəs özünü belə ucuz satdı,

Əksər camaat isə laqeyd qaldı.

- Mən başa düşmədim bu cür söhbəti,

Məktubların nə oldu aqibəti?

Kufədən İmama (ə) kömək gəlmədi?!

Neçə min adamdan xeyir dəymədi?!

- İmamı (ə) tanıyan gəlib qoşuldu,

Demək olar ki, beş-on adam oldu.

Misal üçün, Həbib ibni Məzahir,

İmamın (ə) yanında olmaq istəyir.

Yol tapır və birtəhər qaçıb gəlir,

Haqq yolunda seçimin düzgün edir.

Yaşı çox idi, ağ rəngdə saçları,

Cavan deyildi bədəni, qolları.

Cavanlara lakin oldu nümunə,

Dayaq oldu Həbib, İmam Hüseynə (ə).

Hazırlaşdı igid öz ölümünə,

Qurban olum mən şəhidin qəbrinə.

Ziyarətə getsən, qəbrin görərsən,

Onun məzarın da orda öpərsən.

Başqa misal gətirim - Hürr barədə.

Hürr adında var idi bir sərkərdə,

Zalım ordusunda olub xidmətdə,

Orda qoşun başçısı idi hətta,

Hüseynin (ə) yolunu kəsmişdi çöldə.

Qoymadı İmamı (ə) Kufəyə çatsın,

Mədinəyə də qoymadı qayıtsın,

Bir dənə yol qalırdı - Kərbəlaya,

Susuz, çəmənsiz quru bir səhraya.

Amma hörmət edirdi o, Hüseynə (ə),

Peyğəmbərə (ə), onun Əhli-beytinə (ə).

Döyüşdən qabaq hadisə baş verir,

Birdən-birə sərkərdə Hürr titrəyir.

Soruşurlar: «Nə olub sənə, ya Hürr?».

Gəhənnəm odunda o, özün görür,

Cənnət və cəhənnəmin arasında,

Seçim etməlidir indi, vaxtında.

Onun vücudu da qorxudan əsir,

Bir an dərindən əsgər fikirləşir,

Qəlbi oyanır, ağlı qərar verir,

İmamın (ə) hüzuruna birdən gedir,

Peşman olur və tövbəsini edir.

Qəbul edir İmam Hüseyn (ə) tövbəsin,

İcazə verir ki, meydana getsin.

O vaxt çox utanırdı Hürr hamıdan,

Ona görə səhraya gəldi karvan.

Vuruşub şəhid olur o, meydanda,

Tapşırır canın o da Kərbəlada…

Amma əsas bir neçə min insanlar,

Kufədən İmama (ə) qoşulmadılar,

Hətta məktub yazan eləsi də var,

Hüseynə (a) qarşı tərəfdə oldular.

- Danışdıqca artıq əsəbləşirəm,

İçimdə hələ də fikirləşirəm.

Axı necə əvvəl dəvət edirlər,

Sonradan isə qaçıb gizlənirlər?!

- Bu dünyada çox adamlar aldanıb,

Çoxların qəlbində şeytan yer alıb.

Kimsə birdən-birə yaman varlanıb,

Amma hələ gözü dunyada qalıb.

Eləsi də var ki, çoxdan oyanıb,

Öz qəlbini bu dünyadan ayırıb.

Çox insan özünü bir cürə satar,

Arzu etdiyinə birtəhər çatar,

Çoxları dünyada boğulub batar,

Qəflətin içində bir ömür yatar,

Ayılanda görər ki, getdi qatar.

Hər kəs təyin edir özünə qiymət,

Kim bilir qiymətin - istəyir cənnət,

Kiməsə beş dinar cibinə hörmət,

Ya da ki, döyüşdən xırda qənimət -

Bununla da getdi gözəl axirət...

İnsanlar qəliz olublar hər zaman,

Soruşsan - özünə deyir müsəlman.

Nə qədər içində var namaz qılan?

- Hüseyni (ə) aldatdılar vicdansızlar?

Çağırıb gəlmədilər. Yalançılar!

Bilsəydi ki, qeyri-ciddidir bunlar,

Gəlməzdi heç bu qədər uzun yollar.

- Xeyr, qardaş, burada sənin səhvin var,

Əvvəldən çox şeyi bilər İmamlar (ə),

İmamı (ə) beləcə aldatmaq olar?!

Elə bilirsən ki, bu iş baş tutar?

Məsum İmamlarda vardır fəzilət.

Onların hər işində olar hikmət,

Bizdən çox uzaqgörəndilər əlbət.

Çox gözəl tanıyıb Kufə əhlini,

Bilirdi onların hər sifətini,

Müsbət tərəfini, həm də mənfini,

İmam (ə) yaxşı bilirdi öz işini.

- Bilirdisə, bəs onda niyə getdi?

Qələbəyə hələ də ümüd etdi?

Eşitmişəm yetmiş iki nəfəri,

Gecədən gözləyirdilər səhəri,

Düşmən isə iyirmi, ya otuz min,

Bu cür onlara necə qalib gəlsin?

Ona görə də İmam (ə) oldu məğlub,

Bu döyüşü çox təəssüf ki, uduzub,

- Elə bilirsən ki, o məğlub olub?!

İmam Hüseynimiz (ə) əminəm, udub.

Geri çəkilməyib, sözündə durub,

Düşmənin gözünü möhkəm qorxuzub.

Birincisi, bu dünya müvəqqəti,

Hər kəs görəcək sonra öz qismətin.

Kim udub, uduzub - orda bilinər,

Hər adam əməlinə cavab verər,

İkincisi, xəstə Kufə əhlini,

İmam (ə) eylədi müalicəsini,

Sağaltdı onların xəstə qəlbini,

Bu olub Hüseynin (ə) əsas məqsədi,

Ona görə də durub ora gəldi,

Həkim bilər xəstələrin sirrini.

- Xəstə - yəni necə? Başa sal məni!

- Həkimlər sağaldır insan cismini,

Axtarıb tapır ağrının dərdini,

Sonra sağaldırlar xəstəliyini,

Dərman yazıb, vururlar iynəsini.

Amma əgər kiminsə qəlbi xəstə,

Dağıdar aləmi bir dinar üstə,

Bir-ikisi deyil, bir neçə dəstə.

Zahirdən baxırsan - adam balası,

Qəlbi isə olub şeytan yuvası.

Ona görə söz verib, qaçmışdılar,

Peyğəmbər (s), İmamı (ə) unutmuşdular.

Bu cür qəlbi xəstələri zənnincə,

Hansı həkim eyləyər müalicə?

- Belələrin necə sağaltmaq olar?

Qəlblərində dinar əgər yer alar!

- İmam Huseyn (ə) bunu yaxşı bacarar,

Öz qanıyla xəstələri sağaldar,

Kərbəla səhnəsin görən - oyanar,

Şəhid qanı o gün gələbə çalar,

Qılınç qana Kərbəlada uduzar.

Bir tərəfdən gəlirdi Eşq Karvanı,

O biri tərəfdən sevən dünyanı,

Dunyaya xatir tərk edir meydanı.

Belə topluma lazım şəhid qanı,

Budur qəlbi xəstələrin dərmanı.

- Onların sağalmasına əminsən?

Bunu mənə necə sübut edərsən?

- Tutalım, İmam (ə) Kufəyə getmədi,

Zalıma qarşı qiyamı etmədi.

Mədinədə qalarkən yaşıyardı,

Dua edib, namazların qılardı.

Tarixçilər sonra nələr yazardı?

Yazardılar: «…qəhrəman kufəlilər,

On mindən artıq mübariz əsgərlər,

Məktubla İmamı (ə) dəvət etdilər,

Qılıncların artıq itilədilər,

İki əldə qılıncla gözlədilər.

Nədənsə İmam (ə) Kufəyə getmədi,

Onların beyətin qəbul etmədi…».

Amma İmam (ə) Kufəyə yola düşdü,

Kərbəlada zalımlarla döyüşdü.

Nümunə göstərdi Kufə əhlinə,

Adam gərək sadiq olsun dininə!

«Ölsəm də mən zalıma baş əymərəm,

Axirəti dunyaya dəyişmərəm».

Kərbəlanın səsi dərhal yayılar,

Kufə əhli yavaş-yavaş oyanar,

Neçə min insan onda peşman olar,

Həqiqəti bilib, ayağa qalxar.

Şəhərlərdə çoxalar etirazlar,

Sonra isə baş verir inqilablar,

Xəstə qəlblər sağalmağa başlayar.

- Sənin sözlərində gözəl məntiq var.

- Bir qəhrəman var idi, adı Muxtar,

O, Kufədə camaatı qaldırar,

Və Hüseynin (ə) intiqamını alar,

Yəni dinar xəstəliyin sağaldar…

Həsən Təvəssül

(ardı var)