22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Biri Qurandır, biri isə İtrət! - Şeir
17.08.2018

Bu cür dəlil mənim ağlıma batar,

Bizim zamanda da belə xəstə var,

Bu gün dinarın yerin alıb dollar,

Bahalı maşın, evlər və qızıllar,

Hərdən insanın qəlbində yer alar,

Bəs müasir xəstəni kim sağaldar?

- İnşallah ki, onlar da şəfa tapar,

Hüseynin (ə) məktəbi həmişə qalar,

İnanclı insanlar onu yaşadar,

Hər zaman hamıya nümunə olar.

Bu gün də Aşura xəstə sağaldar,

Hüseyn (ə) əzasının böyük rolu var,

Gələcək nəsillərə təsir qoyar,

Minlərlə insanlar hidayət olar.

Bir an durub fikirləşsə insanlar,

Şükür Allaha ki, bizdə ağıl var,

Hürr kimi qəlbləri birdən oyanar,

Cəhənnəm odundan özün qurtarar.

Bizlərə görə Hüseyn (ə) qiyam etdi,

Sən isə, deyirsən ki - niyə getdi?!

- İndi başa düşürəm bu söhbəti,

Aşuranın vardı dərin hikməti.

- Bu İmama (ə) çox ağır başa gəldi,

Allahına hər şeyi qurban verdi,

Çox çətin anlar meydanda keçirdi,

Yaxın qohumların orda itirdi,

Əbülfəzl Abbas (ə) - əbədi qəhrəman,

Barəsində yazmaq olar bir dastan,

Kərbəlada verdi böyük imtahan,

Döyüş vaxtı cəsarətlə vuruşar,

Neçəsin cəhənnəmə yola salar.

Çox qorxarlar Əbülfəzldən (ə) zalımlar,

Təkbətəkə döyüşməkdən qaçarlar.

Görəndə ki, əlində qılınc gələr,

Üstünə hücum edər əlli nəfər.

Düşmən suyun yollarını bağlayar,

Hətta körpə uşaqlar susuz qalar.

Suya tərəf Həzrət Abbas (ə) at çapar,

Tez özun Fərat çayına çatdırar.

Susuzluqdan taqətsiz olan zaman,

Heç bir damcı da içmədi o, sudan.

Çünki xeymələrdə var körpə bala,

Birinci qurtum gərək onun ola,

Özü hələlik isə susuz qala.

Suyu götürüb dönür geri yola,

Bax, gör - necə də gözəldir Kərbala!

Lakin düşmən kəsir onun yolların,

İtirir Abbas (ə) hər iki qolların…

Və şəhidlik zirvəsinə yüksəlir,

Belə qardaş itirmək nə çətindir!

Həzrəti Zeynəb (ə) - İmamın (ə) bacısı,

İmamımız Əlinin (ə) igid qızı,

İki qardaşın meydanda itirdi,

Öz balalarını da qurban verdi,

Fikirləş gör - o gün Xanım nə çəkdi?!

Xeymələrə od vurub yandırdılar,

Qamçı ilə uşaqları vurdular,

Qadınlar, uşaqlar əsir oldular!

Şama qədər piyada yol getdilər,

Yolda min cür əziyyətdən keçdilər.

Şamda Xanım çox gözəl xütbə dedi,

Zalım sarayını sözlər titrətdi,

Və Kərbəla barədə Xanım dedi:

«Gözəllikdən başqa heç nə görmədim!»

Kərbalada şəhid oldu həm cavan,

Həm qadın, həm körpə, həm yaşlı insan,

Həm də orda ağır səhnələr də var,

Bunu danışmaq mənə çətin olar -

Eşidəndə ürəklər parçalanar.

- Sən danışsan, mənim yadımda qalar,

Maraqlıdır mənə tarixi faktlar.

- Xanım Rüqəyyə (ə) - Huseynin (ə) balası,

İmamın (ə) gülü, ürəyin parası.

Üç yaşı vardı o şirin balanın,

Sevirdi çox öz nuranı atasın.

O balaca xanım da olur əsir,

Bibisi Zeynəblə (ə) Şama yol gedir.

Çətin yol keçir əsirlər karvanı,

Bibisindən soruşur: «Atam hanı?».

Demək olmaz balacaya məbada,

Mübarək baş indi artıq nizədə.

Bibi necə desin nazlı balaya?!

Yerlər-göylər necə dözsün bəlaya?!

Zalımların başçısı bunu bilir,

Və Hüseynin (ə) başın uşağa verir,

Bilərəkdən başı ona göstərir.

Balaca Rüqəyyə (ə) atasın görur,

Qucaqlayıb mübarək başı öpür.

Allah bilir necə göz yaşı tökür!

Urəyi dözməyib dünyadan köçür.

Onun mübarək qəbri indi Şamda,

Böyuk ziyarət yeri olub orda.

- Belə işi eləməz heç heyvan da,

Nə qədər də insan düşmən olsa da,

Uşağın ki, günahı yoxdur burda!

Üstələyib hamını qəddarlıqda,

Allah yandırsın beləsin odunda.

- Bu cür hal baş verib hətta meydanda,

Qurtarmışdı su artıq Kərbəlada.

Əziyyət çəkirdilər quruluqda,

Belə isti havada susuzluqdan.

Hüseynin (ə) körpə oğlu Əliəsğər (ə),

Neçə gündür ki, çox əziyyət çəkər.

Balaca uşaq susuz necə dözər?

Zalımın ordusu buna sevinər.

Hüseyn (ə) körpəni əlinə götürər,

Qucaqlayıb düşmənə tərəf gedər,

Uşaq üçün onlardan su istəyər,

- Bəs onlar nə? Uşağa su verdilər?

- Suyun yerinə qan içizdirdilər!

- Nə danışırsan? Yəni nə etdilər?

- Zalımlardan birisi lap qudurdu,

Körpənin boğazından oxu vurdu!

İmam Hüseyn (ə) o günü nələr gördü?!

Axı bu müsibətə necə dözdü?

Dodağın onun dodağına qoydu,

Altıaylıq körpə gözlərin yumdu,

Atasının əlində şəhid oldu...

- Dayan! Görürəm, sənin gözün doldu...

Doğrudan da, bu, çox böyük müsibət,

Uşaq qatilinə olsun min lənət!

İstəmirdim sənə verim əziyyət,

Bağışla dostum, sənə oldu zəhmət,

Sən ağladın, verdim sənə xəcalət.

- Hüseynə (ə) ağlamaq olar ibadət,

Buna eşq lazımdır, yəni məhəbbət,

Göz yaşları mənimçün böyük nemət,

Nazil edir Rəbbimiz onda rəhmət.

İmam Hüseynimiz (ə) - böyük şəxsiyyət,

Onun qiyamında var böyük hikmət.

Neçə minlər sonra oldu hidayət,

Qismət olmur hər adama şəhadət.

İlahidən gərək lütfi-inayət,

Kərbəla torpağı verər şəfaət.

Tarix verib İmama (ə) yüksək qiymət,

Qəhrəmanlığı olub bizə ibrət.

Budur igidlik və əsl şücaət,

Ən gözəl əxlaq, ən ali mərifət.

İslam ümmətinə eylədi xidmət,

Kərbəlada nümayiş etdi qeyrət.

Gələcək nəsillərə də nəsihət,

Olsun uzaq bizdən həmişə zillət.

Bir çox yeri indi bürüyüb zülmət,

Törədilir hər gün min cür cinayət...

Sən də, dostum, artıq elə ibadət,

Məhərrəm ayı buna gözəl fürsət,

Et tövbəni, istə indi məğfirət,

İnşallah ki, qismət olar ziyarət.

Namaz qılıb, oruc tutsa cəmiyyət,

Vətənimizdə də olar səadət.

Bir-birinə heç kəs eyləməz qeybət,

Bu dünyada insanlar olar xoşbəxt…

- Elə bu gün mənə namazı öyrət,

Xoşuma gəlir səninlə ünsiyyət.

- Bizim borcumuzdur matəm saxlamaq,

Kərbəlanı hər vaxtı yada salmaq,

Bacarsa İmam Hüseynə (ə) ağlamaq,

Qismət olar savaba şərik olmaq.

Diqqətlə bax hər yana - sağa, sola,

Hər gün Aşuradır, hər yer Kərbəla.

Hər anda bizdə gərək seçim ola,

Yadımızda lazımdır bizim qala.

İmamsız İslam olmuşdu natamam,

Artıq bilinmirdi heç halal-haram,

İslam dini qurtarırdı, vəssalam.

Bizim namazçün Hüseyn (ə) etdi qiyam,

Demədi mənim altıaylıq balam,

Necə dözər müsibətə Rüqəyyəm (ə)?

- Mən isə səhərlər hələ yatıram,

Açığı, özümdən də utanıram,

Artıq söz verirəm hər səhər duram,

Namazları öz vaxtlarında qılam,

İmam Hüseyni (ə) yaxından tanıyam,

İndi gərək çoxlu kitab oxuyam,

İstəyirəm Allaha yaxınlaşam…

Gəlmişik haradan? Gedirik hara?

Yer, göy, günəş, dünya - haradır bura?

Namaz orucdan başqa biz nə edək?

- Azan vaxtıdır, gəl məscidə gedək…

Həsən Təvəssül