27 Oktyabr 2025 - 27
Qaralar içində, sinəsi dağlı
Zeynəbin yanında olaydım kaş ki...
Üç balam yanımda, əllərim bağlı,
Zeynəbin yanında olaydım kaş ki...
Cəngə göndərəndə Əliəkbəri,
Abbası, Qasimi, Ovni, Cəfəri,
Ağadan alanda qanlı Əsğəri
Zeynəbin yanında olaydım kaş ki...
Abbası qanına qəltan olanda,
Hüseynin köynəyi əldə qalanda,
Əsğərin boğazı qanla dolanda
Zeynəbin yanında olaydım kaş ki...
Hüseyni atından salınan zaman,
Örtüsü başından alınan zaman,
Başına qırmanclar vurulan zaman
Zeynəbin yanında olaydm kaş ki...
Baxanda meydana, qanlı savaşa,
Şimrin əlindəki o qanlı başa
Qəm çölündə dönüb qara bir daşa
Zeynəbin yanında olaydım kaş ki...
O xaraba qalmış Şam şəhərində
Nazlı Ruqəyyəsi əldən gedəndə,
Hay salıb,ağlayıb ağı deyəndə
Zeynəbin yanında olaydım kaş ki...
Kərbəlada axan qanım olaydı,
Kərbəlada yanan canım olaydı,
Qiyamətdə mənə xanım olaydı
Zeynəbin yanında olaydım kaş ki...
Zeynəb Zeynəlabdiyeva
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto