22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Xudayə and verilsə Zeynəb ismi təkcə, bəs edir
31.08.2018

Bu gün Vilayət-aşiqin məhəbbəti bilindirir,

Deyir: - Mübarək ey Rəsul, Peyəmbərin sevindirir.

Gəlib sevinməyin dəmi, silib ürəkdən hər qəmi,

Gəlir mələk də təbrikə əziz Rəsuli-əkrəmi.

Əliyyu Fatimə qızı, Həsən, Hüseynin həmdəmi,

O Zeynəbin viladəti tutub sevincə aləmi,

Sevənlərin nəinki dil – ürək sədası dindirir.

Tanı gələn bu incini, bilinməz əsl qiyməti,

Xuda verib bu incidə Əliyə ayrı zinəti.

Görün: - Xanım əsir düşür, çəkir əzab-əziyyəti,

O dağ vüqarlı görkəmi, sözündəki bəlağəti

Yəzidi (lən) lal edir, donan ürəkləri isindirir.

Bu Zeynəbin cəsarəti gər, olmasaydı bir zaman,

Bu gün həqiqətin yerin güman tutardı, ya yalan,

Susardı Kərbəla çölü, edərdi öz qəmin nihan,

İtərdi dini-Mustafa, çətin qalardı bir nişan,

Gəlir gümanə bu fikir, ağılları düşündürür.

Ürək sıxılmasın, əgər, onu çətinlik incidir,

Xudayə and verilsə Zeynəb ismi təkcə, bəs edir.

Təvəssül eyləyən kəsə Cahanda dərdi-sər nədir?

Sənin qapından ey Xanım, gəlir şəfa tapır gedir –

Əgər birin bəla yıxır, dizin-dizin süründürür.

Qanad aç, ey sözüm, yetiş, hüzuruna salam yetir,

Ürək coşur sevinc ilə, gəlir xəyalə min fikir.

Yazıldı vəsfi-şəninə bu kəlmələr sətir-sətir,

Nəzər salıbsan ey Xanım, nəinki söz mənimkidir,

Sənin adınla Şahin öz sözün bəhayə mindirir.

Şahin Qurbanov