25 Noyabr 2024 - 25

25 Noyabr 2024 - 25

Kərbəladır məktəbim, bitməz, tükənməz qüvvətim
03.09.2018

Hər nə qəm icad olub aləmdə, Adəmlik qalıb,

Hər gələn adəmdən ötrü qəm bir aləmlik qalıb.

İlki üryan, mülkə mehman, həm yaranmış nütfədən,

Bunca miskin binəvadə hardan ötkəmlik qalıb?

Baxma bir çox bədəməl dünyadə xürrəm ömr edir,

Lap min il də qalsa dünyada, cəhənnəmlik qalıb.

Ta cavansan fəxr edirsən görkəminlə, bir zaman,

Gər qocalsan, onda gör, görkəmdə görkəmlik qalıb?

Xiffətin olmuş əsiri könlümün hər guşəsi,

Qüssədir, qəmdir, məgər ki, onda xürrəmlik qalıb?

Çox qəmim var, hər qəmimçün göz yaşımdan keçmərəm,

Göz yaşım vardır, fəqət, mahi-Mühərrəmlik qalıb.

Xeyli qurban versə də Dildarə Aşiq dəştdə,

Gəldi qurbangahə bir də - bir quzu-əmlik,qalıb.

Kərbəladır məktəbim, bitməz, tükənməz qüvvətim,

Ta o məktəbdən bizə irsən bu möhkəmlik qalıb.

Biz dəmadəm intizarın çəkmişik xoş günlərin,

Bizlərə darul-fəna şənlik deyil, qəmlik qalıb.

Şahinin bu şerinə Vallahi irad etməyin,

Çün çıxandan əqli başdan, başda sərsəmlik qalıb.

Şahin Qurbanov