22 Noyabr 2024 - 22
Nökər olaq Hüseynə, minnətsiz, iddiasız
Bir anımız olmasın Seyyidi Şühədasız
Hidayət çırağının şəminə pərvanəyik
Qoy qınasınlar bizi, biz dəli-divanəyik
Çün sevirik Hüseyni, eşqidə mərdanəyik
Aşiq olmaz eşqidə məşuqinə vəfasız
Bir anımız olmasin Seyyidi Şühədasız
Yetmiş iki şühəda, izzət dolu səhnələr
Ələmpərvər Əbəlfəzl, qeyrət dolu səhnələr
Başdan-başa nəzər sal, ibrət dolu səhnələr
Heç nəyə nail olmaz müsəlman Aşurasız
Bir anımız olmasın Seyyidi Şühədasız
Sən mənimçün dəyərsən, şərəf şanlı Kərbəla
Çün hərgün Aşuradır, hər yer canlı Kərbəla
İraq, Yəmən, Fələstin, Qəzza - qanlı Kərbəla
Dünya susur danışmır, qalıb səssiz-sədasız
Bir anımız olmasın Seyyidi Şühədasız
Fələstinin bitməyən dərdi, qəmi, qüssəsi
Vücudumun ayrılmaz parçası, bir hissəsi
Qəzzada baş verənlər titrədəcək hər kəsi
Cinəyatkarlar gərək qalmamalı cəzasız
Bir anımız olmasın Seyyidi Şühədasız
Dərdi, qəmi bitməyən qəmli ruzigarımız
Gözlərimiz yoldadı, artır intizarımız
Sən bizim son ümüdmiz, sənsən xilaskarımız
Həyat bizə çətindir, İmam Zaman ağasız
Bir anımiz olmasın Seyyidi Şühədasız.
Rəşad Həsənli