24 Noyabr 2024 - 24

24 Noyabr 2024 - 24

Bir qədəm saxla, yavərim, qardaş
07.09.2018

İmam Hüseynin (ə) həzrət Əbülfəzl Abbas (ə) ilə zəban-halı.

Bir qədəm saxla, yavərim, qardaş!

Eyləyib sular qəmlərim, qardaş!

Can verir susuz Əkbərim, qardaş!

Mən səni əldən qoymaram, qardaş!

Gül cəmalindən doymaram, qardaş!

Qorxutdu məni möhnətə saldı,

Sinəmdə, qardaş həsrəti qaldı,

Bir də görüşümüz məhşərə* qaldı,

Mən səni əldən qoymaram, qardaş!

Gül cəmalindən doymaram, qardaş!

Yandırır atəş sinəmi görəsən,

Vardı xəcalətim Əsğərdən bil sən,

Rəhmin gəlsin halimi bilsən,

Mən səni əldən qoymaram, qardaş!

Gül cəmalindən doymaram, qardaş!

Yatma bu quru yerdə, dur gedək,

Salma məni dərdə, dur gedək,

Xeyməyə gedib dərdi-dil edək,

Mən səni əldən qoymaram, qardaş!

Gül cəmalindən doymaram, qardaş!

Batdı al qana nocəvan* Qasim,

Getdi, gəlmədi nazlı Əkbərim,

Yandım, ağladım hər ikisinə,

Mən səni əldən qoymaram, qardaş!

Gül cəmalindən doymaram, qardaş!

Bəs kimə söyləyim dərdimi, qardaş?

Tapmıram bir kəsi dərdimə sirdaş,

Dur gedək xeyməyə barı, qardaş,

Mən səni əldən qoymaram, qardaş!

Gül cəmalindən doymaram, qardaş!

Dərdimə məlhəmdir o ala gözlər,

Nisgillə* gedərəm, görməsəm gözlər,

Arif öz sözün dəmbədəm söylər:

Mən səni əldən qoymaram, qardaş!

Gül cəmalindən doymaram, qardaş!

Ayətullah Cəfər Mir Əzimi