22 Noyabr 2024 - 22
Xanım Fatimə kəbiniydin,
Fərat, niyə su vermədin?
Yanan ürək məlhəmiydin,
Fərat, niyə su vermədin?
Ələmdarın qolsuz qaldı,
Dişində məşq susuz qaldı.
İmam Hüseyn yalqız qaldı,
Fərat, niyə su vermədin?
Peyğəmbər nişanələri,
Susuz dolandı o çölləri.
Boş qaytarıb o əlləri,
Fərat, niyə su vermədin?
Körpələr susuz oxlandı,
Neçə sinələr dağlandı.
Niyə yolların bağlandı,
Fərat, niyə su vermədin?
Uydunmu düşmən felinə,
Zülm eylədin qız-gəlinə.
Susuz ölən şah Hüseynə,
Fərat, niyə su vermədin?
Niyə kükrəyib daşmadın,
Öz məcranı aşmadın.
Susuzlara qovuşmadın,
Fərat, niyə su vermədin?
Bu necə qanlı dövrandı,
Zülmlər ərşə dayandı.
Xeymələr oda qalandı,
Fərat, niyə su vermədin?
Susuz soldu al yanaqlar,
Parlandı gül dodaqlar.
Bağrı qan oldu uşaqlar,
Fərat, niyə su vermədin?
Sahibi-Zamanım gələr,
Düşmənlə haqq-hesab çəkər.
Sənə də bir sual verər,
Fərat, niyə su vermədin?
Məşhədi Həcər Mirhəsənqızı