22 Noyabr 2024 - 22
Ya Hüseyn aləm bilir ki, məskənindir Kərbəla,
Həm sən istərsən bəlani, həm səni istər bəla.
Min bəla görmüşdü peyğəmbərlər Adəmnən bəri,
Görmədi sən gördüyün tək bunca peyğəmbər bəla.
İmtahan etmiş bəlalarnan Xuda çox aşiqin ,
Nə sənə var bənzər aşiq, nə buna bənzər bəla.
Dönmədin Haqqın yolun baş əymədin zalimlərə,
İstəmirdin çün görək biz zülm, ədavət, şər, bəla.
Kim Hüseynə qəmli ağlar, eşq ilə saxlar əza,
Hifz elə ya Rəbb uzaq olsun o kəsdən hər bəla.
Harda hər kim ki, Hüseynin həqqini inkar edir,
Ya hidayət eylə ya Rəbb, ya ona göstər bəla!
Tutmasan daim əziz, Bəhruz, Hüseynin adıni,
Yan, kül ol məhşərdə, göstərsin sənə məhşər bəla.
Bəhruz Binəli