22 Noyabr 2024 - 22
Get Əbülfəz bu Hüseynə səni qurban elədim,
Bəslədim sərvi qəddün əzimi meydan elədim!
Bu Hüseyn sifdi Nəbidir sən ona rəsmi qulam
Sənə rayət budu şahən şahi dövranı imam
Budur aləmlər içində səbəbi nəzmi-nizam
Bu Hüseynə səni mən xadimi dövran elədim.
Mümkün olduqca gətir abi sərin xeymələrə
Ta ola bəlkə təsəlli hərəmi teşnələrə
Xidmət eylə nə qədər vardı canun nəcmlərə
Səni səqqayi Hüseyn höccəti Sübhan elədin.
Əkbər üstə qənədün sərginən ey sərvi rəvan
Cəddünə oxşari var Hüsnüdə çox vardı nişan
Can sənin can bu dilarami Hüseyn teşnə ləban
Səni bu nəsli Əbul-Qasimə qurban elədim.
Nadima eylə təvəccöh zübdeyi nasə müdam
Yazginən qisseyi dil sözünü qıl tasə müdam
Müşkül ömründə yapış daməni Əbbasə müdam
Ta şikayət eləmə ömrümü viran elədim.