22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Yenə quruldu cəddinin əzası yəbnəl-Əsgəri!
03.10.2018

İmam Zamana (əc) xitab

Yenə quruldu cəddinin əzası yəbnəl-Əsgəri!
Çəkildi ərşo-fərşidə qarası yəbnəl-Əsgəri!

Vuruldu zəngi təziyət yetib xəbər Peyğmbərə
Hüseyninin əzasıdır çəkildi qarə göylərə
Asıldı qanlı köynəyi fəraze-ərşe davərə
Qoyuldu göydə təziyət binası yəbnəl-Əsgəri!

Min üç yüz ildi ağlarıq yarasına dəva ola
Deyillər bir yarsası var ona çətin şəfa ola
Gərək sənin zühuruna gecə-gündüz dua ola
Qalıb sənə ürəkdəki yarası yəbnəl-Əsgəri!

Hər il qara geyəndə biz xülus və etiqadilə
Bir iddə yəhudxülq baxır bizə inadilə
Nə fərqi vardır Şimrilə Übeydibni Ziyadilə
Vurar bizə o kəslər dil yarası yəbnəl-Əsgəri!

Necə dayanmısan ağa sükutü helm o-səbridə
Gəlibdi təngə Şiələr kəməndi-zülmu-cəbridə
Qalıb Rübabın əlləri ürək başında qəbridə
Zühurun eylər arzu duası yəbnəl-Əsgəri!

Eşitmişik çox ağlarsan həmişə sən bu mətləbə
Sataşdı qızların gözü necə o qanlı mərkəbə
Fəğan əz-zəlimədən yetirdi rəmzi Zeynəbə
Ucaldı ərşə va Hüseyn sədası yəbnəl-Əsgəri!

Ucaltdı başdan əllərin o pakizad Heydəri
Qabaqda şəhriyare-qəm dalıyca düşdü ləşkəri
Görüb qara ləçəkləri əsibdi Şümrün əlləri
Salıbdı Şümri vəhşətə nidası yəbnəl-Əsgəri!

Çağırdı yəbnə-zaniyə əyuqtəlu rəcauna?
Ümidimizdi bu Hüseyn dayan eyvan xarab ola
Nə Zeynəb etdi vahimə nə Şümri qıldı etina
Qalıb arada kuyi-həqq fədası yəbnəl-Əsgəri!

Salıb təvan və tabdan Hüseyni şiddəti əməl
Xiyam -o- qətligahidə iki imam edibdi qəş
Vücudi-höccətə görə xanım çox etdi keşməkeş
Əlindən öpdü Fatimə-anası yəbnəl-Əsgəri!

Görüb ki Şümr baxmadı sızıltıyla tərənnümə
Tutub zəbəski qan gözün çətin gələ tərəhhümə
Qaçıb əmiri-ləşkərin sorağına təzəllumə
Ki, bəlkə Şimrün əsgilə cəfası yəbnəl-Əsgəri!

Yetişdi ibn Sədilə müqabil oldu rubəru
Dedi Hüseyni öldürür bu Şimri-şum fitnəsi
Müzayiqə gəl eyləmə üzündə olsa abiru
Məgər qoyardı başda Rey həvası yəbnəl-Əsgəri!

Buyurdu heç yadında var babam Əli xilafəti
Vuran zaman vücuduna hüdude şəri- zərbəti
Çıxıb yadından ey əcəb Hüseynimin vəsatəti
Deyib bu dərdə olmadı dəvası yəbnəl-Əsgəri!

Yetişdi onda bir nəfər şitabilə sərasimə
Dilində əl-bəşarə və ürəkdə xovfu-vahimə
Əmir müjdə ver tapıb Hüseynin əmri xatimə
Pozuldu onda əmmənin nüması yəbnəl-Əsgəri!

Xanım qayıtdı məqtələ dübarə qəsdi-qürbətə
Təvafi-nafi Kəbəyə fəziləti-ziyarətə
Öpüb kəsik boğazını gəlib kəmali-riqqətə
Təkan verib Mədinəyə bükası yəbnəl-Əsgəri!

Həmin Hüseyndi bu baba anam çəkərdi nazını
Sinəndə əyləşib sənə deyərdi hər niyazını
Həmin Hüseyndi görmüşəm öpəndə sən boğazını
Cavab gəldi Zeynəbə çox eyləmə fəğan bala
Gərək bu qan belə qala gələ o qan alan bala
Gətirdi şurə Zeynəbi bu söz çağırdı can bala
Hayandasan Hüseynimin balası yəbnəl-Əsgəri!

Rəhim Münzəvi Ərdəbili