27 Oktyabr 2025 - 27
Allah neçə Zeynəb yaradıb tariximizdə?
Zeynəb necə məktəb yaradıb tariximizdə !
İsari canı dəb yaradıb tariximizdə
Hər kəs ki, onun ustadı Zəhra ola, əlbət
Başdan ayağa qibtə edər ol kəsə iffət
Zeynəb bizə dünyadə olan ovcu-şərəfdir
Zeynəb adı zinətdi bizə, dürrü-sədəfdir
Zeynəb bizə yoldur, bizə məqsəddi, hədəfdir
Hər kəs ki, tuta damənini xoş olacaqdır
Zeynəbsiz əməl dəftərimiz boş olacaqdır
Zeynəb xanıma tənə edən , ey dili qafil
Olmuş ürəyin, beynin əcəb İblisə mail
Sən kinlə , küdurətlə nəyə olmusan hasil
Zəhra qızını sevməyənin zatı xarabdı
Zəhra qızına eşqi olan alicənabdı
Zeynəb elə Zeynəbdi , onun canı Hüseyndir
Hər dərdi olarsa yenə dərmanı Hüseyndir
Eşqində sədaqətlidi, cananı Hüseyndir
Hər vaxt yadına düşsə Hüseyn qəlbi yanardı
Zəhra toxuyan köynəyə həsrətlə baxardı
Zeynəb anamız çeşmi-həyatdı , nəfəsimdir
Bikəs məni sanma bu həyatda, o kəsimdir
Mən öpsəm onun qəbrini vallahi bəsimdir
Seyyid, Xanımın isminə et böylə nəzakət
Qismət olur aşiqlərə ol dəmdə ziyarət.
Seyyid Ağarəşid Talibov
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto