22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Çox baxıb Əsğərə yanma məni yandırma Hüseyn
08.10.2018

(Xanım Zeynəb dilindən!)

Çox baxıb Əsğərə yanma, məni yandırma Hüseyn,
Oxlu qurbanıvı meydanı dolandırma Hüseyn.

Etmə qəm olmadı su soldu əlində gülü-yaz,
Gətir Əkbər kimi tutsun anası Əsğərə yas.
Baxır o əhli-cəfa Əsğəri naz bağrına bas,
Xeymədə müntəziri var yuvandırma Hüseyn.

Kübriyi ahın ilə qəlbimi az yandır yax,
Qəşş edibdir anası xeymədə bir şivənə bax.
Balanın qanını gəl ağaran zülfünə yax,
Atma qanı göyə əflakı boyandırma Hüseyn.

Sən o qan ilə boyandın məni də qoy boyanım,
Gəlməsən gəlləm özüm olmadı ki çox dolanım.
Qoymur o qeydi-məhəbbət bacın ölsün dayanım,
Çəkmə xiclət çəkilib dövrünə yandırma Hüseyn.

Nə çəkir Əsğər anası onu bir Leyla bilər,
Şiri xarə balasın görməsə sağ qalmaz ölər.
Pozğun əhvalına baxdıqca bu Şam əhli gülər,
Dərdini gəl mənə de düşməni andırma Hüseyn.

Bağlıyam həlqini qəhvarəsinə birdə salam,
Saxlama ərseyi hür-rəzmidə yorğundu balam.
Öz-özün yorma müsübətdə usandırma Hüseyn,

Yanar əhvalinə əgər görsə sənin.
Ağlasan ağladasan qardaş anam Fatiməni,
Qüssədən batdı səsim ağlama ağlatma məni
Xaliqi səbrimi bu çöldə talandırma Hüseyn.