22 Noyabr 2024 - 22
Ey Hüseyn ibni Əli matəminə dil uzadan,
Görüm ol pis dilini lal eləsin dil yaradan,
Gələcək gün, öləcəksən, gedəcəksən aradan,
O çətin gündə, üzü qarə gəlib məhşərə sən,
Verəcəksən nə cavab Həzrəti-Peyğəmbərə sən?
Bilirik biz nə səbəbdən yığılıb qəlbinə kin,
Aranı qatma demə pisdi filan xadimi din,
Səni millət tanıyır sənsən o şeytani ləin,
Qulaq as indi cavab versin əzadar sənə,
Neçə müddətdi ki, qəlbimdə sözüm var sənə.
Açıram pərdələri illətinin illəti var,
Dediyin hər söünün söhbətinin illəti var,
Bu əza məcliinə nifrətinin illəti var,
Deyirəm itrətə eşqin nə üçün yoxdu sənin,
Səbəbi mayeyi zatında xətər çoxdu sənin.
Bizi öz çirkin adınla gətirib bir eləsən,
O çürük fikrin ilə milləti təkfir eləsən,
Buda son sözdü bizi bir daha təhqir eləsən,
O ki, əl sinə vurur? Yolda sükanın əyəcək,
Bu məhərrəmdə sənin ağzına möhkəm dəyəcək.
Elşən Xəzər