22 Noyabr 2024 - 22
"Həl min nasirin yənsurna?"
Yoxdur mənə kömək edən?
Hüseyn can, ərəbi, əcəmi hər kəs eşidə
Çağırmışdın köməyə.
Çağırmışdın haqq əhlinə
Haqqın sözün deməyə.
Übeydullah bin Hürr Cöfi
Tutub əjdaha atın, dedi, Hüseyn, bu at sənin,
Məni gözləyir həyatım.
Dedim, bin Hürr, min bu atı, çap ki, gecə yatmaya,
Yoxdur mənə kömək edən,
Səsim sənə çatmaya.
Kim eşidib bu harayı başın qoysa balışa,
Allahın qərarı budur, Cəhənnəmdə alışa.
Hüseyn can, Hüseyn, qılınclanan haqqın köməyi yox bu gün də,
Yəmən, Bəhreyn qan ağlayır, eşidənlər nə gündə.
Ərbəindir, min il ötüb, Kərbəla yolundayıq,
Ləbbeyk var dilimizdə, gəlmirik əlindən tutaq.
Gəlirik tut əlimizdən,
Desək, o vaxt eşitsəydik, tələsərdik köməyə,
Öldürərdik, haqq yolunda, hazır idik ölməyə.
Deyərsən ki, yalandır, gücüz çatır min il sonra gəlməyə.
Səfərimiz, ehsanımız, din adda hər işimiz kömək almaq üçündür,
"Həl min nasirin yənsurni" ağır, ağır seçimdir,
Ərbəindir, min il ötüb, Kərbəla yolundayıq,
Ləbbeyk var dilimizdə, gəlmirik əlindən tutaq,
Gəlirik, tut əlimizdən!
Arzu Eyvazov