27 Oktyabr 2025 - 27
İmam Hüseyn dilindən
Əlimin üstündə balam qana döndü,
Gəl, al məndən, Zeynəb, susuz fərmanı.
Boyanıbdı qana göyərçin nəm misli,
Rübabın keşmahə gözəl ceyranı.
Dedim, ay insanlar, balam ətşandır.
Gülə bənzər oğlum saralıbdı rəngi,
Susuzdur üç gündür, ətəklər yandı.
Sözümü ağzımda sipər peykan qoydu,
Boğazından dəydi, ayırdı başın.
Qucağımda başı xəbər tutdum aram,
Sonra möhkəm oxdan yapışdım, Zeynəb.
Boğazından çəkdim seşöbə peykanı,
Yarasından öpdüm, alışdım, Zeynəb.
Gözün açdı, güldü: - Sənə qurban, baba,
Bu yaralı oğlun!
Elə bil küsmüşdü Rübabın ceyranı,
Dodağından öpdüm, barışdım, Zeynəb.
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto