22 Noyabr 2024 - 22
Aç gözüvü şiələrə zülm edən
Əbəlfəzin əsgəri hər yerdə var
Cəng eləmə qalibiyyət bizdədi
Şiələrin səngərı hər yerdə var
Mahi mühərrəmdi mahi əzadı
Eşqi Hüseyn əhdimizə vəfadı
Məktəbimiz məktəbi Kərbəladı
Göz yaşımız dərdimizə şəfadı
Aşiqin eşki təri hər yerdə var
Əbəlfəzin əsgəri hər yerdə var
Ey qoşulan ləşkəri sufyanlara
Hardasa zülm eyləsəz insanlara
Şiə cıxar şir kimi meydanlara
Son qoyarıq nahaq axan qanlara
Haqqı sevən Cəfəri hər yerdə var
Əbəlfəzin əsgəri hər yerdə var
Bir təzə bidət yarana qoymarıq
Bayraqıvız dalğalana qoymarıq
Qanına məzlum boyana qoymarıq
Dinimizə əl uzana qoymarıq
Ölməmişik, Heydəri hər yerdə var
Əbəlfəzin əsgəri hər yerdə var
Ey içi şeytan dolu azğın bəşər
Hardasa baş qaldıracaqsan əgər
Zay olacaq hiylələrin hiyləgər
Qeybi bilən var ağamız bir nəfər
Xidmət edən nokəri hər yerdə var
Əbəlfəzin əsgəri hər yerdə var
Gəldi hidayət edə Quran kimi?
Haqq danışın ba şərəf insan kimi
Eyləməyin vəs vəsə şeytan kimi
Kəsməyin insanları qurban kimi
Çün ki əməl dəftəri hər yerdə var
Əbəlfəzin əsgəri hər yerdə var
Var nə qədər kərbubəla matəmi
Yandıracaq həşrə kimi aləmi
Müddəi doldur sinəvə bu qəmi
Yatmayacaq qanə batan pərçəmi
Pərçəmivə müştəri hər yerdə var
Əbəlfəzin əsgəri hər yerdə var
Ey bürüyən zülmə bütün dövranı
Aşiqi Əbbası yaxından tanı
Hər nə qədər cismidə vardır canı
Qalmayacaq yerdə Əbəlfəz qanı
Haqqın ələmpərvəri hər yerdə var
Əbəlfəzin əsgəri hər yerdə var
Həzrəti Əbbası sevə bir nəfər
Hər iki dünyada olar bəxtəvər
Min il ömür eyləsə getməz hədər
Yaz ağanın şənine Elşən Xəzər
Dinləyəcək Azəri hər yerdə var
Əbəlfəzin əsgəri hər yerdə var.
Elşən Xəzər