27 Oktyabr 2025 - 27
Haqqı batildən ayıran imtahandı Kərbəla
Məşuqə yetməkdə aşiqçün məkandı Kərbəla.
Köksün üstündə, axıdılmış müttəqilər qanını
Çevrilibdir qətligahə, bağrı qandır Kərbəla.
Kəsilib başlar bədəndən, sinələr şəmşiriynən
Xeymələr tək odlanıb, həsrətdə yandı Kərbəla.
Zülm, əzab, işgəncələrdən ərşə qalxdı nalələr
Tapdalandı nəşi üryanılar, talandı Kərbəla.
İsti susuz çöl idi, İraqda tasua günü
Dərd bəlalı çöl təki qəmdən yarandı Kərbəla.
Nizə, oxlar yarəsindən torpağı al qan olan
Faciə, niskin dolu ahu-fəğandır Kərbəla.
Qəmgüzar, qürbətdə can vermiş Hüseynimdir Qərib,
Mühacir zəvvarlara, lütfü-həyandır Kərbəla.
Qiyas Qəmgüzar
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto