27 Oktyabr 2025 - 27
Qucağa aldı Hüseyn körpə Əli Əsğərini,
Dedi, oğlum, bu cahan dərk eləməz əsla səni.
Gözünə ox dəyən anlar boğaza ox dəyəni
Gəl gedək, dərdivi mən, qolsuz Ələmdarə deyim,
Su kənarında susuz can verən Sərdarə deyim.
Gəldi qardaş yanına, sol gözünün sildi qanın,
Dedi, Abbas, gözü çıxsın gözüvə ox vuranın!
Dedi, qardaş, beli sınsın belimi sındıranın!
İndi, qardaş, nə edim, sirrimi əğyarə deyim?
Adətim böylə olub, sən kimi dildarə deyim.
Abbası çox sevirəm, and ola Zəhra canına!
Çün mübarək qanını qatdı Hüseynin qanına.
Seyyidəm, hacət üçün getmərəm özgə yanına,
Gərək hacətlərimi Kərbəladə yarə deyim,
Uca qamətli uzun qollu Ələmdarə deyim.
Seyid Ağarəşid Talıbov
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto