22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Səndədir ən yüksək aşiqlik, sədaqət, ya Hüseyn
07.12.2017

Səndədir ən yüksək aşiqlik, sədaqət, ya Hüseyn,
Həq vücudundan olubsan sən bir ayət, ya Hüseyn.

Əkrəmin Rəbbin verib həm elmdə irfan sənə,
Verdi xaliq hər nə ki, var eylədi ehsan sənə,
Ol səbəbdəndir doğuşdan yad olub nöqsan sənə,
Olmusan zərr aləmindən çün hidayət, ya Hüseyn.

Müstəqimsən getdiyin hər rahdə, ey sərvərim,
Möcüzün göstərdi Allah şahdə, ey sərvərim,
Əmr Allahındır icra etməsi peyğəmbərin,
Kim,demiş Quran ilə oldun əmanət,ya Hüseyn.

Gün gəlib yetdi, Rəsul getdi bu dünyadən fəqət,
Heç rəvadırmı ki, minbərdə otursun nabələd
Söylədin, qəsb eylədi haqqın sənin əmalı bəd,
Həm əmanət çıxdı yaddan, həm xəyanət, ya Hüseyn.

Yetmədi qəsbi - xilafət sonra üsyan eylədi,
Getdi Əkbər, həm Əbəlfəz bağrını qan eylədi,
Kəsdi başın ki, sənin ol qana qəltan eylədi,
Görmədi dünya bu cür zülmü cinayət, ya Hüseyn.

Etmədi rəhm ol Yəzid bir dəm qohum qardaşına,
Salmadı bir an nəzər çüşmindən axmış yaşına,
Söylədin: "Dünya, bu gündən bil, kül olsun başına"
Gər ki, almişsa fidan Əsğər xəsarət, ya Hüseyn.

Bir səda yüksəlmədə titrər bu halətdən fələk,
Yoxmudur imdad edən etsin o dildarə kömək,
Göylər ağlar söyləyir Cəbrail adlı bir mələk
Halinə, avaz ilən eylər tilavət, ya Hüseyn.

Çəkmişəm ismin sənin hər dəm yetibsən dadimə,
Salmaq üçün hər gecə, gündüz, səhərlər yadimə,
İsmini mən eşq ilən verdim oğul övladimə,
Çün həya etdim çəkib səndən xəcalət, ya Hüseyn.

Rahiyəm, eşqim tükənməz heç zaman bitməz sənə,
Hər nə qədri şer yazsam bil, hədər getməz sənə,
Hər iki aləmdə vəsf etsəm yenə yetməz sənə,
Hər nə ki, yazsam sənə etməz kifayət, ya Hüseyn

Müəllif: Vüqar Rahi