27 Oktyabr 2025 - 27
Hüseyn qardaşının qanını Zeynəb qoxuyur,
Dayan ey mərsiyəxan!, bağrım olur qan, oxuma.
O Hüseynin ki, başı nizədə Quran oxuyur,
Dayan ey Hafizi-Quran!, daha Quran oxuma.
Gedərəm Kərbübəla səmtinə imkanım ola,
Dolanıb qup quru səhrada susuz can verərəm.
Mənim Allahdan əgər yetmiş iki canım ola,
Onların hər birini Zeynəbə qurban verərəm.
Mənə yox fərqi fəqət təhlükəyə uğrayaram,
Verərəm ömrümü bir əhdə vəfadarə fəda.
Özümü Kərbübəlada kəsərəm, doğrayaram,
Edərəm qollarımı qolsuz Ələmdarə fəda.
Rəsulullah da çəkib nalə, Əli ah eləyib,
Kərbəlada Hüseyn şahi-şəhidanə görə.
Ana Zəhra gözünün yaşını göydən çiləyib,
Ağlayıb dərd ilə yetmiş iki qurbanə görə.
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto