23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Ey quzu qurban Əsğərim
07.11.2018

Həzrət Rübab dilindən


Ey quzu qurban Əsğərim,
Açılmamış qönçəm Əli.
Atasına can Əsğərim.
Açılmamış qönçəm Əli,
Oldu qanın ərşin zinəti.
Oldun haqqın ən böyük səsi,
Məst etdi eşqin hər kəsi.
Açılmamış qönçəm Əli,
Qollarımdan uçub getdin.
Su deyil qan içib getdin,
Aləmə nur saçıb getdin.
Açılmamış qönçəm Əli,
Sütsüz anasının nazı.
Susuzluğun yaxdı bizi,
Üzülmə ey qönçə gülüm
Ey suya həsrət bülbülüm.
Ey quzu qurban Əsğərim,
Açılmamış qönçəm Əli.
Atasına can Əsğərim.
Açılmamış qönçəm Əli,
Oldu qanın ərşin zinəti.
Son bir ehsan qıl atana,
Nə olar son kəs gül atana.
Nə olar birdə səsimi eşit,
Quzum səndin son Əsgərim.
Səndin gözlərimdə zəfərim,
Cənnət ıtırlı ənbərim.
Ciyərlərin oldu kəbab,
Yanar sənə anan Rübab.
Bibin, anan balaca bacın,
Yandırdı onları acın.
Lənət sənə qıyanlara,
Yezidlərə uyanlara.
Sözlərindən dönənlərə,
Gözlə balam, gözlə sənə
Su verəcək Zəhra ana.
İçəcəksən qana-qana,
Gör üç fər ox sudan ayrı düşən bir mahiyə neylər?...
Dəyər divarimə əzdikdə qanadsız yariyə neylər?...
Əbəlfəzli yıxan bir ox gör Əsğərə neylər?...
Dəydi o 3 fər ox hədəfə güllər ağladı,
Əsğər təbəssüm eylədi Peyğəmbər ağladı.
Mən bilmirəm nə nohi oğul vay dedi Hüseyn,
Mim xiz olub əbadə yatan Əkbər ağladı.
Ey... balam qalıb əllərim üstündə,
Sağa girdi sola gətirdi belə birdən səs gəldi.
Dəfn et balanı qoyma qala gün qabağında,
Qoy bəlkə gəlibdi dicələ Zəhra qucağında.
İsti qumu qazdı kim, biraz yerdə dursun,
Ətşandi bala qəbrinə qəmsərin olsun.
Balam bizdən salam söylə,
Atam və cəddim Rəsula.
Anam Zəhrayi-Bətülə,
Gəlirəm gözlə balam.
Bax meydaə gedirəm,
Artıq vida edirəm.
Açılmamış qönçəm Əli...